Rəmzioğlu Paxlava Rəmzioğlu Paxlava
Rəmzioğlu Paxlava

Rəmzioğlu Paxlava

Manufacturing , Food Manufacturing

Satış koordinatoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış koordinatoru

  • Deadline 27 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ünvan: Xətai rayonu, Məhəmməd Hadi 21/b

Vəzifə öhdəlikləri:

  • Topdan, horeca və korporativ satışla bağlı yeni müştərilər cəlb etmək, bununla bağlı qiymət təklifləri və kommersiya şərtlərini hazırlamaq;
  • Topdan, horeca və korporativ müştərilərinin sifarişlərini emal etmək və izləmək;
  • Müştəri bazasını aparmaq, təkrar sifariş faizini artırmaq üzrə tədbirlər təklif etmək;
  • Mağazaların satış göstəricilərini toplamaq, planla müqayisə etmək və kənarlaşmaları rəhbərliyə vaxtında bildirmək;
  • Mağazalar arasında assortiment balansını tənzimləmək, az hərəkət edən qalıqların transferini təşkil etmək;
  • Mağaza menecerləri ilə həftəlik iclaslar keçirmək və müştəri şikayətlərini sistemləşdirmək;
  • Qiymət, endirim və aksiya şərtlərinin bütün mağazalarda eyni tətbiq olunmasına nəzarət etmək;
  • Meta, whatsapp və sayt üzərindən gələn sifarişlərin cavabsız qalmamasına və vaxtına təmin edilməsinə nəzarət etmək;
  • Onlayn sifarişləri mağaza və istehsalatla əlaqələndirməsinə, çatdırılma qrafikinə nəzarət etmək;
  • Kuryer marşrutlarını və çatdırılma xərclərini optimallaşdırmaq;
  • Gündəlik satış və qalıq məlumatlarına əsasən istehsalata sifariş proqnozunun uyğunluğuna nəzarət vermək;
  • Təzə məhsullar üzrə son istifadə tarixlərini izləmək, itkiləri minimuma endirmək;
  • Qablaşdırma, xonça və hədiyyə aksesuarlarının vaxtında təchizini izləmək;
  • Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq;
  • Məhsul, mağaza və kanal üzrə satış dinamikasını təhlil etmək, əsaslandırılmış tövsiyələr vermək;
  • Rəqabət qiymətlərini və bazar tendensiyalarını izləmək;
  • Yeni satış işçilərinin adaptasiyasında iştirak etmək, məhsul bilikləri üzrə təlimləri koordinasiya etmək;
  • Satış prosesinin addımlarını (sifariş → hazırlıq → çatdırılma → ödəniş) uyğunluğuna nəzarət etmək və optimallaşdırıcı tövsiyyələr vermək.

İş barədə məlumat:

  • 6 günlük: 09:00-17:00;
  • Bazar günü istirahət;
  • Əmək haqqı: Razılaşma yolu bazara uyğun sabit maaş + bonus;
  • Nahar şirkət tərəfindən verilir;
  • Korporativ nömrə ilə təmin olunur;
  • Şirkət əməkdaşları üçün endirim və üstünlük imkanları.

Namizədə tələblər:

  • Yaş: 25–45;
  • B2B satış sahəsində 3-5 il təcrübəsi olanlara üstünlük verilir;
  • Şəxsi avtomobili olanlara üstünlük verilir;
  • Rus və ya ingilis dili biliyi üstünlükdür;
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • Operativlik, məsuliyyət və təşəbbüskarlıq.

Maraqlanan şəxslər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya nömrəyə göndərə bilərlər.

Whatsapp: +994 55 208 58 95 

  • Daily0
  • Weekly477
  • Monthly1941