Şirkətimizə F&B manager tələb olunur.
İş barədə məlumat:
- Restoranın müəyyən olunmuş standartlara uyğun olaraq idarə edilməsində iştirak etmək;
- Restoranda təqdim olunan yeməklərin gigiyena və təmizlik standartlarına uyğun olmasına nəzarət etmək;
- Müştəri məmnuniyyətini maksimum səviyyədə təmin edərək bütün restoran işçi qrupunu bu istiqamətdə təlimləndirib inkişaf etdirilməsində iştirak etmək;
- Sifarişlərin qəbulu və icrasının təşkilinə nəzarət etmək;
- Təqdim olunan bütün məhsulların müəyyən olunmuş standartlarda və düzgün formada təqdim edilməsinə nəzarət etmək;
- İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət.
Vəzifə tələbləri:
- Təhsili/ixtisası: Ali təhsil
- Minimum 5 il restoran təcrübəsi (alakart və banket üstünlükdür)
- Dil bilikləri: Azərbaycan dili, Rus dili;
- İctimai iaşə, məişət və digər növ xidmət qaydalarını bilmək.
- Etik davranış qaydalarına sahib olmalı.
- Diqqətli, məsuliyyətli və cəld.
- Komandada işləmək bacarığı.
- Xarici görünüşünə diqqət göstərməli.
- İdaretmə qabiliyyətinə sahib olmalı.
Əmək haqqı 2500-4000 Azn arasında bilik və bacarıqlara uyğun olaraq təyin olunacaq
Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində F&B manager qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.