İşə qəbul üzrə mütəxəssis

  • Deadline 2 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi;
  • Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və araşdırılması;
  • CV-lərin nəzərdən keçirilməsi, namizədlərin seçilməsi, müsahibənin aparılması, namizədlərin bacarıqlarının qiymətləndirilməsi və uyğunluq əsasında tövsiyələrin verilməsi;
  • İşə qəbul prosesinin müxtəlif mərhələlərində namizədlərlə müsahibələr aparılması (telefon müsahibələri, video müsahibələr və üz-üzə görüşlər);
  • Boş vakansiyalar üzrə namizədlərin axtarışı;
  • İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin edilməsi.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi : Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • Müvafiq sahədə 2 ildən az olmayaraq iş stajı;
  • Komandada işləmək bacarığı;
  • Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında sərbəst işləmək bacarığı.

Təminatlar:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilmə;
  • Əmək haqqı: 1000-1500;
  • Korporativ nömrə;
  • Nahar şirkət tərəfindən qarşılanır.

Uyğun namizədlər öz cvlərini “İşə qəbul üzrə mütəxəssis” başlığı ilə qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily43
  • Weekly381
  • Monthly2019