Respect Solutions Respect Solutions
  • 442

Junior ERP Consultant (Microsoft Dynamics 365 – Supply Chain & Finance)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Junior ERP Consultant (Microsoft Dynamics 365 – Supply Chain & Finance)

  • Deadline 11 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti: 

  • İş yeri: Bakı
  • İş qrafiki: Tam ştat / Uzunmüddətli inkişaf proqramı
  • İş formatı: Ofis

ERP Consultant rolu haqqında: 

Junior ERP Consultant rolu Microsoft Dynamics 365 Supply Chain Management və Finance modulları üzrə şirkət layihələrində iştirak edərək biznes proseslərinin analizi, funksional həllərin tətbiqi, sənədləşdirilməsi və dəstək fəaliyyətləri vasitəsilə funksional konsultant kimi inkişaf etməyi hədəfləyir. Bu vakansiya uzunmüddətli karyera inkişafı üçün nəzərdə tutulub.

Vacib qeyd: Bu vəzifənin ilk 12–24 ayı intensiv öyrənmə, metodologiya, sənədləşmə və analitik tapşırıqlar mərhələsidir. 

Vəzifə öhdəlikləri: 

  • Digər funksional və texniki konsultantlarla əməkdaşlıq edərək layihələrin vaxtında və keyfiyyətli icrasına dəstək olmaq
  • Müştəri sorğularının/insidentlərinin araşdırılması və həllində iştirak etmək, xidmət keyfiyyətinin artırılmasına töhfə vermək
  • Biznes proseslərinin öyrənilməsi, tələblərin toplanması və sistemdə tətbiqinə dəstək
  • Layihə sənədlərinin hazırlanması və yenilənməsi (təlim materialları, iş təlimatları, proses təsvirləri və s.)
  • Mövcud proseslərin optimizasiyası və D365-də yeni funksiyaların tətbiqi ilə bağlı tövsiyələrin hazırlanmasında iştirak etmək

Namizədə tələblər: 

  • Minimum 1 il təcrübə (aşağıdakı istiqamətlərdən ən az birində):
  • Ali təhsil: Maliyyə, Mühasibatlıq, Biznesin idarə edilməsi, Biznes proseslərinin avtomatlaşdırılması, Riyaziyyat və ya oxşar ixtisaslardan məzunlar
  • Analitik düşüncə, problem həll etmə bacarığı, öyrənməyə yüksək motivasiya
  • Təzyiq və stres altında işləmək bacarığı
  • Komandada işləmək, müxtəlif mühitlərdə effektiv ünsiyyət
  • Rus və ya İngilis dili biliyi (şifahi və yazılı) – mütləqdir

 

Minimum 1 il təcrübə (aşağıdakı istiqamətlərdən ən az birində):

  • Data analitika / Hesabatlıq
  • Maliyyə / Mühasibatlıq
  • Supply Chain / Logistika / Satınalma / Anbar
  • İstənilən mühasibat və ya ERP sistemləri ilə iş (məs. 1C, Logo və s.)

Üstünlük sayılan bilik və bacarıqlar: 

  • Excel – yaxşı səviyyə (hesabatlar, funksiyalar, pivot və s.)
  • Power BI ilə işləmə təcrübəsi
  • Supply Chain / Inventory / Warehouse / Sales / Procurement proseslərinə ilkin anlayış
  • SAP, Oracle, 1C,  Microsoft Dynamics 365 (SCM/F&O) ilə tanışlıq və ya kurs/sertifikatlar

Əlavə üstünlüklər və faydalar: 

  • Şirkətin yerli və beynəlxalq layihələrində iştirak imkanı və təcrübəli mütəxəssislər tərəfindən mentor dəstəyi
  • ERP funksional konsultantlığı üzrə planlı və sistemli peşəkar inkişaf mühiti
  • Uzunmüddətli əməkdaşlıq və karyera yüksəlişi üçün real perspektiv

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily58
  • Weekly434
  • Monthly1121