Müasir və inkişaf edən klinikamızın Onkologiya şöbəsinə Kimyaterapiya üzrə tibb bacısı vəzifəsinə işçi axtarılır.
Vəzifə öhdəlikləri:
- Həkim təyinatına əsasən kimyaterapiya preparatlarının tətbiqində iştirak etmək;
- Pasiyentlərin kimyaterapiya öncəsi, zamanı və sonrasında vəziyyətini izləmək;
- Venoz girişlərin (periferik kateter, port və s.) idarə olunmasında həkimə dəstək göstərmək;
- Təhlükəsizlik qaydalarına uyğun olaraq sitotoksik preparatlarla işləmək;
- Tibbi sənədləşməni düzgün və vaxtında aparmaq;
- Pasiyent və yaxınlarını prosedur barədə məlumatlandırmaq.
Tələblər:
- Tibb bacısı ixtisası üzrə orta ixtisas və ya ali tibb təhsili;
- Aktiv tibb bacısı sertifikatı;
- Kimyaterapiya və ya onkologiya sahəsində iş təcrübəsinə üstünlük verilir;
- Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı;
- Pasiyent yönümlü və etik davranış prinsiplərinə riayət etmək.
Biz təklif edirik:
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Peşəkar inkişaf və təlim imkanları;
- Müasir avadanlıq və komfortlu iş mühiti;
- Stabil və perspektivli iş yeri.
İş şəraiti:
- İş qrafiki – həftədə 6 iş günü
- İş saatları – qrafikə əsasən
- Əmək haqqı – namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında təyin ediləcəkdir
- Ünvan – Bakı, Yasamal ray. Tbilisi pr. 147
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşmə
Müraciət üçün namizədlər CV formunu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yanlız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.