Satış və Marketinq departament rəhbəri (Cəlilabad)

  • Deadline 21 May 2026

Əsas Öhdəliklər:

  • Şirkətin satış və marketinq strategiyasının işlənib hazırlanması və illik biznes planın (Business Plan) formalaşdırılması;
  • Filialın aylıq və illik satış planlarının icrasının təmin olunmasına nəzarət
  • Mağazalar şəbəkəsi üzrə vahid satış siyasətinin, qiymət və endirim mexanizmlərinin müəyyən edilməsi
  • Müştəri sadiqliyi (Loyalty) və CRM strategiyasının qurulması, xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması.
  • Departamentin strukturunun və funksional bölmələrinin işinin koordinasiya edilməsi;
  • Satış və marketinq komandaları üçün KPI-ların müəyyən edilməsi və icra monitorinqi;
  • Korporativ dəyərlərə uyğun daxili mədəniyyətin formalaşdırılması və komandanın inkişafı üçün mentorluq sisteminin qurulması.
  • Brendin tanınması üçün rəqəmsal və ənənəvi marketinq kanallarının effektiv idarə olunması, reklam kampaniyalarının təşkil olunması
  • Bazar trendlərinin, rəqiblərin və müştəri davranışlarının analizi əsasında təkliflərin hazırlanması
  • Satış və marketinq komandasına rəhbərlik etməklə əməkdaşların motivasiyasının və peşəkar inkişafının təmin edilməsi
  • Xidmət keyfiyyətinin artırılması və sadiqlik proqramlarının tərtib olunması
  • Marketinq büdcəsinin investisiyanın qaytarılması göstəricisinə nəzarət və xərclərin optimallaşdırılması
  • Satış və Marketinq fəaliyyətlərinin sinxronlaşdırılması, çarpaz satış (cross-selling) imkanlarının artırılması

Tələblər:

  • Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq və ya müvafiq sahə üzrə);
  • Satış və ya Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi (Mebel və elektronika satış sahəsi arzuolunandır);
  • Azərbaycan dili (mükəmməl), rus və ingilis dili (arzuolunandır);
  • Müasir marketinq alətləri və trendləri ilə işləmək bacarığı;
  • Satış hesabatlarını təhlil etmək və proqnozlar hazırlamaq qabiliyyəti.
  • Güclü təşkilatçılıq, komanda idarəetmə və qərarvermə qabiliyyəti.
  • Komandanı motivasiya etmək və hədəflərə yönləndirmək bacarığı.
  • Məsuliyyətli, dürüst, ünsiyyətcil və problem həll etmə bacarığı.

Biz Nə Təklif Edirik?

  • Dinamik və peşəkar iş mühiti;
  • Peşəkar inkişaf və karyera artımı imkanları.
  • Sabit əməkhaqqı + Satış planının icrasına görə cəlbedici bonus sistemi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily0
  • Weekly246
  • Monthly1955