SMM(Sosial şəbəkə təmsilçisi)

  • Истекает 7 октябрь 2026

Əsas Öhdəliklər və Tapşırıqlar:

  • Canlı yayınların açılması və reklam videolarının çəkilişində iştirak etməsi
  • Sosial media platformaları (Instagram, TikTok) üçün aylıq kontent planlarının və strategiyalarının hazırlanması.
  • Mebel və elektronika məhsullarının üstünlüklərini vurğulayan cəlbedici post, story və xüsusilə dinamik Reels/TikTok videolarının ssenarilərinin yazılması və çəkilişinin təşkili.
  • Sosial media paylaşımları üçün maraqlı, kreativ və satış yönümlü mətnlərin yazılması.
  • Sahəyə uyğun lokal və qlobal trendlərin, rəqib fəaliyyətlərinin mütəmadi monitorinqi və brendə uyğunlaşdırılması.
  • Sosial media kampaniyalarının effektivliyinin analizi və aylıq performans hesabatlarının hazırlanması.

 

Namizədə Dair Tələblər:

  • SMM və ya Sosial şəbəkə sahəsində minimum 1-2 il iş təcrübəsi (Retail, mebel və ya elektronika sahəsində təcrübə arzuolunandır).
  • Azərbaycan dilində mükəmməl yazı və şifahi nitq qabiliyyəti (Rus dili biliyi üstünlükdür).
  • Sosial media alqoritmlərini və dəyişən trendləri yaxından izləmək, sürətli adaptasiya olmaq bacarığı.
  • Komandada işləmək bacarığı, operativlik və stressə davamlılıq.

 

Şirkət Sizə Nə Təklif Edir?

  • Fix Əmək haqqı + Bonus sistemi.
  • Dinamik inkişaf edən retail şəbəkəsində peşəkar artım və özünü reallaşdırma imkanı.
  • 6 günlük iş qrafiki
  • Mehriban və dəstəkləyici komanda mühiti.
  • Daily136
  • Weekly136
  • Monthly617