İnsan Resursları üzrə Direktor

  • Истекает 19 декабрь 2026

Öhdəliklər


- Şirkətin insan resursları siyasətini formalaşdırmaq və həyata keçirmək;

- İşçi ehtiyaclarını müəyyənləşdirmək, vakansiyaların hazırlanmasını və işə qəbul prosesini təşkil etmək;

- Namizədlərin seçilməsi, müsahibələrin keçirilməsi və işə qəbul qərarlarının verilməsində iştirak etmək;

- Yeni işçilərin adaptasiya və orientasiya prosesini təşkil etmək;

- Mağaza və ofis əməkdaşlarının fəaliyyətini qiymətləndirmək, KPI sisteminin tətbiqinə və inkişafına nəzarət etmək;

- İşçilərin davamiyyətinə, əmək intizamına və daxili nizam-intizam qaydalarına nəzarət etmək;

- Əməkdaşların motivasiyası, performansı və iş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər hazırlamaq;

- İşçilərin təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, təlim proqramları təşkil etmək;

- Kadr sənədləşməsinin və şəxsi işlərin düzgün aparılmasına nəzarət etmək;

- Əmək qanunvericiliyinin tələblərinə riayət olunmasını təmin etmək;

- İşçi dövriyyəsinin səbəblərini təhlil etmək və onun azaldılması üçün tədbirlər görmək;

- Mağaza rəhbərləri ilə sıx əməkdaşlıq edərək kadr problemlərinin operativ həllini təmin etmək;

- Rəhbərliyə mütəmadi olaraq HR hesabatları və təkliflər təqdim etmək.

Tələblər


- İnsan resurslarının idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;

- HR sahəsində minimum 3 il iş təcrübəsi;

- Pərakəndə satış və çoxfiliallı şirkətlərdə iş təcrübəsi üstünlükdür;

- Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək qanunvericiliyini yaxşı bilmək;

- İşə qəbul, qiymətləndirmə, motivasiya və KPI sistemləri üzrə bilik və təcrübə;

- Kadr sənədləşməsi və HR hesabatlarının hazırlanması bacarığı;

- MS Office proqramlarında sərbəst işləmək;

- Güclü ünsiyyət, təşkilatçılıq və idarəetmə bacarığı;

- Analitik düşüncə, təşəbbüskarlıq və problem həll etmə qabiliyyəti;

- Regionlardakı mağazalara mütəmadi səfər etmək imkanı.

  • Daily73
  • Weekly502
  • Monthly1431