İş barədə məlumat
EVOL mağazalar şəbəkəsi komandamıza qoşulmaq üçün yaradıcı düşüncəyə, güclü vizual zövqə və müasir texnologiyalardan istifadə bacarığına malik Qrafik Dizayner-Menecer axtarır.
Öhdəliklər
Qrafik dizayn və vizual kontent
- Şirkətin reklam və marketinq kampaniyaları üçün kreativ dizaynlar hazırlamaq;
- Sosial media platformaları üçün post, story, banner, reklam və digər vizual materiallar hazırlamaq;
- Mebel, elektronika və digər məhsulların reklam dizaynlarını yaratmaq;
- Aksiya, endirim, yeni məhsul və mağaza açılışları üçün reklam materialları hazırlamaq;
- Çap məhsullarının (poster, flayer, buklet, kataloq, banner və s.) dizaynını hazırlamaq;
- Məhsul fotolarının redaktəsini, rəng korreksiyasını və vizual təkmilləşdirilməsini həyata keçirmək;
- Şirkətin vahid korporativ üslubunun qorunmasını təmin etmək.
Süni intellekt (AI) texnologiyalarının tətbiqi
- Süni intellekt vasitəsilə kreativ reklam ideyaları və vizual konseptlər hazırlamaq;
- AI alətləri ilə məhsul və reklam vizualları yaratmaq;
- Məhsulların interyer və müxtəlif mühitlərdə realistik təqdimatını hazırlamaq;
- AI vasitəsilə foto və video kontentlər yaratmaq və redaktə etmək;
- Reklam kampaniyaları üçün AI əsaslı kreativ materiallar hazırlamaq;
- Dizayn prosesində süni intellekt texnologiyalarından istifadə etməklə işin sürətini və məhsuldarlığını artırmaq.
Dizayn prosesinin idarə edilməsi
- Dizayn işlərinin aylıq və həftəlik planını hazırlamaq;
- Marketinq və satış komandası ilə koordinasiyalı işləmək;
- Mağazalardan daxil olan dizayn sifarişlərini sistemləşdirmək və icrasına nəzarət etmək;
- Reklam materiallarının vaxtında və keyfiyyətlə hazırlanmasını təmin etmək;
- Dizayn işlərinin nəticələrini təhlil etmək və yeni kreativ yanaşmalar təklif etmək;
- Çap və reklam istehsalı ilə məşğul olan tərəfdaşlarla əməkdaşlıq etmək;
- Hazırlanan bütün dizayn materiallarının brend standartlarına uyğunluğuna nəzarət etmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.