İş yeri: Bakı (Yasamal)
Əsas Öhdəliklər və İş Təsviri:
- Mağazaya daxil olan müştəriləri gülərüzlə qarşılamaq və onlara yüksək səviyyədə xidmət göstərmək;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlara uyğun məhsulları təklif etmək və məsləhət vermək;
- Məhsulların xüsusiyyətləri, qiymətləri və kampaniyalar barədə müştəriləri ətraflı məlumatlandırmaq;
- Satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
- Mağazadakı məhsulların vitrinə nizamla düzülüşünə və təmizliyinə nəzarət etmək;
- Komputer əməliyyatları düzgün icra etmək.
Namizədə Dair Tələblər:
- Təhsil: Ali və ya orta-ixtisas təhsili;
- Təcrübə: Satış sahəsində iş təcrübəsi (Təcrübəsiz namizədlər də öyrədilmək şərtilə müraciət edə bilərlər);
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq qabiliyyəti;
- Şəxsi keyfiyyətlər:
- Ünsiyyətcil, pozitiv və komandada işləmək bacarığı;
- Müştəriyönümlü yanaşma və inandırma qabiliyyəti;
- Stressə dözümlülük və aktiv iş rejimində işləmək istəyi;
- Səliqəli və xoş xarici görünüş.
Biz Nə Təklif Edirik?
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Rəqabətə davamlı əməkhaqqı və fəaliyyətə əsaslanan əlavə Faiz/Bonus sistemi;
- Karyera yüksəlişi və şəxsi inkişaf imkanları;
- Şirkət daxili təlimlər.
Əlavə işçi ehtiyacı olan bölgələr: Lənkəran, Biləsuvar, Salyan, Şirvan, İmişli, Cəlilabad
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.