Öhdəliklər
Şirkətin mövcud biznes proseslərinin təhlili və təkmilləşdirilməsi;
İş proseslərinin optimallaşdırılması və effektivliyin artırılması;
Şöbələr arasında iş koordinasiyasının təmin edilməsi;
Daxili prosedur və iş qaydalarının hazırlanması və tətbiqinə nəzarət;
İş proseslərində yaranan problemlərin müəyyən edilməsi və həll yollarının təklif olunması;
Əməliyyat proseslərinin izlənilməsi və qiymətləndirilməsi;
Müəyyən edilmiş KPI göstəricilərinin monitorinqi;
Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
İş axınlarının avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə təkliflərin hazırlanması;
İşçilərin proseslərə uyğun fəaliyyətinə nəzarət.
Tələblər
Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
Biznes proseslərinin idarə edilməsi sahəsində minimum 2-3 il iş təcrübəsi;
Analitik düşünmə və problem həll etmə bacarığı;
MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı;
Proseslərin qurulması, təhlili və optimallaşdırılması üzrə biliklər;
Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı;
Planlaşdırma və təşkilatçılıq qabiliyyəti;
Məsuliyyətlilik və nəticəyönümlülük;
Hesabatların hazırlanması və təqdim edilməsi bacarığı.
Maraqlanan namizədlər CV-lərini Azərbaycan dilində göndərmələri xahiş olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.