Əsas Vəzifə Öhdəlikləri:
- Şirkətin filiallarından daxil olan sənədlərin tamlığını, uyğunluğunu və düzgünlüyünü yoxlamaq;
- Yoxlanılmış sənədləri arxiv otağında aidiyyəti qovluqlar üzrə sistemli şəkildə yerləşdirmək;
- Arxiv qovluqlarının dövri auditini aparmaq və sənədlərin mühafizəsini təmin etmək;
- Sənədlərdə aşkar olunmuş xətalar və uyğunsuzluqlar barədə filial müdirlərini məlumatlandırmaq, düzəlişlərin olunmasını tələb etmək və izləmək;
- Borcu bitmiş müştərilərin sənədlərini borclular bölməsindən çıxararaq müvafiq arxiv qovluğuna köçürmək;
- Hüquq şöbəsinin tələb etdiyi sənədləri məhkəmə və digər dövlət organlarına vaxtında çatdırmaq;
- Müddəti bitməkdə olan sənədlərin siyahısını hazırlayaraq Hüquq şöbəsinə təqdim etmək;
Namizədə Dair Tələblər:
- Təhsil: Ali və ya orta-ixtisas təhsili;
- İş təcrübəsi: Kargüzarlıq, arxiv işi və ya sənəd dövriyyəsinə nəzarət sahəsində iş təcrübəsi arzuolunandır;
- Bilik və Bacarıqlar:
- Sənədləşmə standartları və kargüzarlıq qaydaları barədə anlayış;
- Yüksək diqqətcillik, məsuliyyət və təşkilatçılıq bacarıqları;
- Şirkətdaxili komanda və filial rəhbərləri ilə effektiv kommunikasiya qurmaq qabiliyyəti;
- İntizamlılıq və iş vaxtının planlaşdırılması bacarığı (gündəlik planlama və icra).
- İş qrafiki: 6 gün
- Ünvan: Baş Ofis, Yasamal r-n, İnşaatçılar m/s, Tri korona binası, evol mebel
Müraciət Qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində "Kargüzar" qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.