Vəzifə öhdəlikləri
- Əməkdaşların peşəkar inkişafı və fəaliyyətinin qiymətləndirilməsi proseslərini idarə edəcək mütəxəssis axtarırıq.
- Təlim ehtiyaclarını müəyyənləşdirmək, təlim proqramları və fərdi inkişaf planları hazırlamaq;
- Təlimlərin effektivliyini ölçmək, mentorluq və daxili təlimçi sistemlərini inkişaf etdirmək;
- Əsas fəaliyyət göstəriciləri (KPI) və səriştələr əsasında əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi prosesini təşkil etmək;
- Yüksək potensiallı əməkdaşları müəyyənləşdirmək, karyera inkişafı və xələflik planlarının hazırlanmasını təmin etmək;
- Təlim, inkişaf və qiymətləndirmə nəticələrini təhlil etmək, hesabatlar və təkmilləşdirmə təklifləri hazırlamaq.
Maraqlanan namizədlər CV-lərini Azərbaycan dilində göndərmələri xahiş olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.