Risan Group Risan Group
  • 612

Elektrik Mühəndisi / Satınalma

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik Mühəndisi / Satınalma

  • Deadline 6 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Risan Group şirkəti Azərbaycanda və xarici bazarlarda elektrik, elektronika və İT məhsullarının satışı və montajı ilə məşğul olur. Şirkət , bir çox beynəlxalq brendin Azərbaycan və MDB ölkələri üzrə nümayəndəsi və ya dileridir.

Şirkət özünü yetişdirmək və yüksək səviyyəli karyera qurmaq istəyən mütəxəssisləri  `Satışa Dəstək Mühəndisi`` vakansiyası üzrə çalışmağa dəvət edir.

Biz Sizə maraqlı iş və  yaxşı karyera vəd edirik. Bu vəzifədə Siz müxtəlif sahələr üzrə treyninqlərə cəlb ediləcək və  yüksək səviyyəli kadr olma şansınız olacaq.

Əgər Siz çalışqansınızsa, əməksevərsinizsə, öyrənmək həvəsiniz varsa və texniki məsələləri sürətli anlaya bilirsinizsə  demək ki, bu iş sizə görədir. 

Vəzifə və öhdəliklər:

  • Gələn tələbləri analiz etmək və tələblərə uyğun təklif hazırlamaq;
  • Gələn təkliflər üzrə analiz cədvəlləri hazırlamaq
  • Tədarükçülərlə yazışmaq və şərtləri dəqiqləşdirmək
  • Tədarükçü şirkətlərin məhsullarını ( Yanğın xəbərdarlıq, Təhlükəsizlik kameraları, kompyuter şəbəkəsi, UPS, generator və digər)  davamlı öyrənmək
  • Şirkətin məhsullarını və xidmətlərini müştərilərə yüksək səviyyədə təqdim etmək;
  • Gələn texniki sənədlərə ( layihə, data shee və s.) baxıb məshulların uyğunluğuna baxmaq və yoxlamaq
  • Bəzi kiçik montaj işlərini edə bilmək
  • Satış nümayəndlərinə  texniki dəstək vermək
  • Layihə yerlərinə getmək, onları idarə etmək və müştəriyə təhvil vermək
  • Rəhbərlyə hesabat vermək

 Namizədə olan tələblər:

  • Ali təhsilli, Elektrik, elektronika və ya təhsili almış və ya bu sahələrə marağı olan və anlayışı olan
  • Kişi və ya qadın, yaş həddi 22-45
  • Rayonlara ezamiyyətə gedə bilmək
  • Kişi namizədlər əsgərlikdən azad olmalı və ya əsgərliyi etmiş olmalı.

Namizəddə olan bacarıq və keyfiyyətlər:

  • Verilən tapşırığlı vaxtında yerinə yetirən
  • Əməksevər və ambisiyalı
  • Məsuliyyətli, punktual, dürüst
  • Problemləri həll etmə bacarığı;
  • Dil bilikləri: İngilis dili (minimum B1), Azərbaycan dili ( əla)
  • Kompyuter bilikləri: Autocad ( orta) , Excel, Word, Power Point, Outlook ( yaxşı) 

Digər məlumatlar:

  • 5 günlük iş rejimi
  • Maaş 600-1200 azn (Təcrübəyə görə) + bonus (illik hesablanıb verilir)

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində Elektrik Mühəndisi qeyd etməklə göndərə bilərlər.

  • Daily0
  • Weekly274
  • Monthly658