Risan Group Risan Group
  • 199

Elektrik və Generator Ustasi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik və Generator Ustasi

  • Deadline 16 February 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Risan Group şirkəti Azərbaycanda və xarici bazarlarda elektrik, elektronika və İT məhsullarının satışı və montajı ilə məşğul olur. Şirkət , bir çox beynəlxalq brendin Azərbaycan və MDB ölkələri üzrə nümayəndəsi və ya dileridir.

Şirkət özünü yetişdirmək və yüksək səviyyəli karyera qurmaq istəyən mütəxəssisləri  `Satışa Dəstək Mühəndisi`` vakansiyası üzrə çalışmağa dəvət edir. 

Biz Sizə maraqlı iş və  yaxşı karyera vəd edirik. Bu vəzifədə Siz müxtəlif sahələr üzrə treyninqlərə cəlb ediləcək və  yüksək səviyyəli kadr olma şansınız olacaq.

Əgər Siz çalışqansınızsa, əməksevərsinizsə, öyrənmək həvəsiniz varsa və texniki məsələləri sürətli anlaya bilirsinizsə  demək ki, bu iş sizə görədir. 

Vəzifə və öhdəliklər:

  • Elektrik kommunikasiya xəttlərinin çəkilməsi və avadanlıqlarını qoşmaq
  • Generatorlara texniki xidmət və qoşulması
  • Tədarükçülərlə yazışmaq və şərtləri dəqiqləşdirmək
  • Tədarükçülərdən malları fiziki olaraq almaq
  • Tədarükçü şirkətlərin məhsullarını (UPS, generator və digər)  davamlı öyrənmək
  • Satış nümayəndlərinə  texniki dəstək vermək
  • Layihə yerlərinə getmək, onları idarə etmək və müştəriyə təhvil vermək
  • Rəhbərlyə  hesabat vermək
  • Digər texniki işlər, çatdırma, quraşdırma ilə əlaqəli işləri görmək

Namizədə olan tələblər

  • Generatorlara texniki baxış və təmirində minimum 2 il təcrübəli
  • Elektrik xəttlərinin çəkilməsi, elektrik avadanlıqlarının  qoşulmasında minimum 1 il təcrübəsi olan 
  • Sürücülük vəsiqəsi BC olmalı
  • Kişi, yaş həddi 22-45
  • Rayonlara ezamiyyətə gedə bilmək

Namizəddə olan bacarıq və keyfiyyətlər

  • Əməksevər və ambisiyalı
  • Məsuliyyətli, punktual, dürüst
  • Komandada işləmək bacarığı
  • Problemləri həll etmə bacarığı;
  • Kompyuter bilikləri ( Excel, Word ) bilmək üstünlükdür.

Digər məlumatlar:

  • 5 günlük iş rejimi
  • Maaş 800- 1200 azn  + bonus 
  • Yemək şirkət hesabına

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində Elektrik və Generator Ustası qeyd etməklə göndərə bilərlər.

  • Daily13
  • Weekly640
  • Monthly1427