Rewire Model Group Rewire Model Group
  • 305

Satış Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış Meneceri

  • Deadline 1 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Rewire Model Group (RMG) komandamıza qoşulmaq üçün korporativ satış sahəsində təcrübəli və nəticəyönümlü Satış Meneceri axtarırıq.

Vəzifə öhdəlikləri

  • Şirkətin biznes konsaltinq, rəqəmsallaşma və İT həllərinin (ERP, CRM, biznes proseslərinin avtomatlaşdırılması, süni intellekt və digər rəqəmsal həllər) korporativ müştərilərə satışını həyata keçirmək
  • Yeni korporativ müştəriləri müəyyən etmək, potensial müştərilərlə əlaqələr qurmaq və yeni satış imkanları yaratmaq
  • Mövcud müştəri portfelini idarə etmək və uzunmüddətli əməkdaşlıqları inkişaf etdirmək
  • Müştərilərlə görüşlər keçirmək, onların biznes ehtiyaclarını və mövcud proseslərini təhlil etmək, uyğun həllər təqdim etmək
  • Şirkətin həll və xidmətlərinin təqdimatlarını keçirmək
  • Kommersiya təklifləri hazırlamaq, danışıqlar aparmaq və müqavilələrin bağlanmasını təmin etmək
  • Satış prosesini ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə etmək
  • Satış planlarının və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsini təmin etmək
  • Satış nəticələrini və potensial satış imkanlarını mütəmadi olaraq izləmək və təhlil etmək
  • Bazar tendensiyalarını, müştəri ehtiyaclarını və rəqiblərin fəaliyyətini izləyərək satış strategiyasının inkişafına töhfə vermək

Tələblər

  • Ali təhsil (Biznesin İdarə Edilməsi, Marketinq, İqtisadiyyat, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür)
  • Minimum 5 il satış sahəsində iş təcrübəsi
  • B2B və korporativ satış sahəsində təcrübə
  • İT xidmətləri, proqram təminatı, biznes konsaltinq və ya texnoloji həllərin satışı üzrə təcrübə üstünlükdür
  • ERP, CRM, biznes proseslərinin avtomatlaşdırılması və süni intellekt həlləri haqqında ümumi anlayış üstünlük hesab olunur
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
  • Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun həllər təklif etmək bacarığı
  • Nəticəyönümlü və təşəbbüskar yanaşma
  • Analitik düşünmə və problem həll etmə bacarığı
  • Müstəqil və komanda daxilində effektiv işləmək bacarığı

İş şəraiti

  • Rəsmi əmək müqaviləsi
  • Yanacaq və mobil telefon xərclərinin şirkət tərəfindən qarşılanması
  • Satış nəticələrinə əsaslanan motivasiya və bonus sistemi
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
  • Müasir və dinamik iş mühiti

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly361
  • Monthly247