Korporativ satış üzrə menecer

  • Истекает 7 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Ümumi Baxış:

  • “Rocco Group” MMC, tikinti materialı üzrə şatış həyata keçirən və sürətlə böyüyən şirkətdir. Satış əməliyyatlarımızı optimallaşdırmaq üçün təcrübəli “Korporativ satış üzrə menecer” axtarılır.

Əsas vəzifələr:

  • Şirkətin satış strategiyasına uyğun olaraq korporativ müştəri bazasının genişləndirilməsi.
  • Potensial müştərilərin müəyyənləşdirilməsi, ilkin görüşlərin təşkili və aparılması.
  • Müştərinin ehtiyaclarının analizi və uyğun kommersiya təkliflərinin hazırlanması.
  • Məhsul və xidmətlərin təqdimatı, qiymət müzakirələrinin aparılması.
  • Satış prosesinin bütün mərhələlərinin idarə edilməsi və hədəflərin yerinə yetirilməsi.
  • Mövcud müştərilərlə davamlı əlaqələrin qorunması və uzunmüddətli əməkdaşlığın təmin edilməsi.
  • Satış göstəriciləri üzrə gündəlik/aylıq hesabatların hazırlanması.
  • Müştərilərlə bağlanmış müqavilələrin şərtlərinə uyğun icrasına nəzarət.
  • Rəqib şirkətlərin və bazar tendensiyalarının mütəmadi analizi.

İş şərtləri:

  • İş rejimi: 6 günlük (I-V günlər saat 09:00–17:00, VI gün saat 09:00–15:00).
  • Əmək haqqı: 700- 1300 AZN və bonus sistemi (satış nəticələrinə görə əlavə motivasiya).
  • Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə. 
  • Peşəkar təlimlər və inkişaf imkanları.

Tələblər:

  • Korporativ satış sahəsində minimum 1–3 il təcrübə.
  • Güclü ünsiyyət və təqdimat bacarıqları.
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
  • Satış texnikaları və danışıqlar aparma bacarığı.
  • Aktiv, məsuliyyətli və nəticə yönümlü olmaq.

Qeyd: Satış şəxsi avtomobil ilə həyata keçirilir. Gündəlik benzin sərfiyyatı və aylıq baxım xərcləri şirkət tərəfindən ödənilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Mövzu hissəsində “Korporativ satış üzrə menecer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Əlaqə nömrəsi: 0559588888 Ramal bəy

  • Daily124
  • Weekly398
  • Monthly782