Əsas öhdəliklər:
- ERP sistemində kommersiya müqavilələri, layihə smetaları, büdcə və xərc məlumatlarının düzgün işlənməsi;
- Mühasibatlıq, kommersiya, satınalma və anbar məlumatlarının üzləşdirilməsi;
- Təchizatçı və subpodratçılardan daxil olan e-qaimə, akt, Forma 2 və Forma 3 sənədlərinin yoxlanılması;
- Layihələr üzrə faktiki xərclərin izlənməsi və büdcədən kənaraçıxmalar barədə hesabatların hazırlanması;
- Həftəlik və aylıq ödəniş planlarının hazırlanmasına dəstək;
- Debitor və kreditor borclar üzrə üzləşmə sənədlərinin hazırlanması;
- Puantaj məlumatlarının toplanması və əməkhaqqı hesablamaları üçün mühasibatlıqla koordinasiya;
- Rəhbərlik üçün kommersiya və maliyyə hesabatlarının hazırlanması.
Tələblər:
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- ERP sistemləri və MS Excel ilə işləmə bacarığı;
- Smeta, büdcə, e-qaimə, akt və ödəniş sənədləri ilə işləmə anlayışı;
- Analitik düşüncə, dəqiqlik və məsuliyyətlilik;
- Tikinti sahəsində təcrübə üstünlükdür.
Əmək haqqı müsahibə əsasında formalaşacaq.
Uyğun namizədlər CV-lərini mövzu yerində “Kommersiya mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.