İşin Təsviri:
- İmtahan Koordinatoru, Roof Academy İmtahan mərkəzində -müxtəlif növ şirkətdaxili , korporativ imtahanların düzgün və səmərəli şəkildə keçirilməsini təmin edən əsas şəxsdir. Bu vəzifə aşağıdakı məsuliyyətləri əhatə edir:
İmtahanların Təşkili və Keçirilməsi:
- Satış komandası və kordinatorlar tərəfindən təyin edilmiş imtahan vaxtlarının və tarixlərinin sistem üzərindən yoxlanılması və müvafiq siyahıya uyğun olaraq komputerlərin öncədən sazlanması.
- İmtahan otaqlarının hazırlanması və tələbələrin qəbul edilməsi.
- İmtahanın əvvəlində tələbələrə qaydaların izah edilməsi və onlara rəhbərlik edilməsi.
- İmtahanın gedişatında tələbələrin müşahidə edilməsi və qaydalara riayət etmələrinin təmin edilməsi.
- İmtahan sistemi üzrə hər hansı problem yaranarsa menecere melumat verilməsi və müvafiq tədbirlərin görülməsində iştirak edilməsi.
Nəticələrin Qeydiyyatı və Təhlili:
- İmtahan nəticələrinin düzgün formada sistemə qeyd olunması.
- Həftə sonu keçirilən sınaq imtahanlarının təşkili və nəzarət.
- İmtahan Materiallarının Təhlükəsizliyi və Məxfiliyi:
- İmtahan materiallarının təhlükəsizliyinin və məxfiliyinin təmin edilməsi.
- İmtahan materiallarının düzgün, tam və standartlara uyğun şəkildə sistemə yerləşdirilməsi.
Gündəlik Hesabatların Hazırlanması:
- Gün ərzində keçirilmiş imtahanlarla bağlı gün sonunda hesabatların hazırlanması və menecere təqdim edilməsi.
Tələblər:
- Minimum 6 ay təcrübə (üstünlükdür).
- İngilis dili biliyi (üstünlükdür).
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı.
- Dəqiq və diqqətli olmaq.
- Operativ və çevik olmaq.
- Komanda ilə işləmək bacarığı.
- Gərgin şəraitdə işləmək qabiliyyəti.
- Yüksək məntiq və təfəkkür qabiliyyəti.
İş Rejimi:
- İş saatları: İmtahanların keçirilmə vaxtları dəyişə bilər, buna görə də elastik iş saatlarına uyğunlaşmaq vacibdir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.