Vəzifə Öhdəlikləri
- Gələn zənglərə və mesajlara vaxtında və düzgün cavab vermək
- Tədris qruplarını formalaşdırmaq və tədris prosesini təşkil etmək
- İmtahan tarixlərini planlaşdırıb nəticələri tələbələrə bildirmək
- Dərs cədvəllərini və tədris otaqlarını səmərəli şəkildə planlamaq
- Tədris müqavilələrini hazırlamaq və tələbələrə təqdim etmək
- Növbəti səviyyəyə keçən tələbələrin məlumatlarını sistemə daxil etmək
- Sertifikatların hazırlanmasını və çap olunub tələbələrə təqdim edilməsini təşkil etmək
- Müxtəlif şöbələrlə koordinasiyalı işləmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək
Tələblər
- Ali təhsil
- İnzibatçılıq və ya oxşar sahədə minimum 1 illik iş təcrübəsi
- MS Office üzərində bacarıq
- Aydın və səlis yazılı və şifahi ünsiyyət bacarığı
- Təşkilatçılıq, vaxt idarəetməsi, çoxlu işi effektiv şəkildə həyata keçirmə qabiliyyəti
- İngilis dili ən az A2 səviyyə,azərbaycan dilini yüksək səviyyədə bilmək
İş Şərtləri
- Əmək haqqı: Namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə əsasında müəyyən edilməkdədir
- İş qrafiki: Tam-ştat, həftədə 6 gün (şənbə – qısa iş günü).
Maraqlanan namizədlərdən Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciətlərini tamamlamaqları xahiş olunur. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.