ROOF Academic Training ROOF Academic Training
  • 530

Reception

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Reception

  • Истекает 27 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

ROOF Academic Training beynəlxalq imtahanlara (IELTS, TOEFL, SAT və s.) hazırlıq, ümumi və korporativ ingilis dili və xaricdə təhsil üzrə ixtisaslaşmış təhsil şirkətidir.

Vəzifə öhdəlikləri:

  • Müraciət edən tələbələri qeydiyyata almaq 
  • Tələbələrin, valideynlərin və ziyarətçilərin xoş və nəzakətli qarşılanması
  • Müəllim və digər ofis əməkdaşlarımızın sənədlərini çap etmək
  • İmtahana yönləndiriləcək tələbələrin dəqiq müəyyən olunması və vaxtında istiqamətləndirilməsi 
  • Konsultasiya məqsədilə müraciət edən şəxslərin ehtiyaclarına uyğun şəkildə düzgün istiqamətləndirilməsi
  • Danışıq (Conversation) biletlərinin yazılması və çapı
  • Tələbələrin inkişaf göstəricilərinə dair testlərin çap olunması və fərdi proqres sənədlərinin hazırlanması

Tələblər:

  • Müvafiq sahədə iş təcrübəsi azruolunandır
  • Azərbaycan dilini şifahi və yazılı səlis bilmək, rus və ingilis dili arzuolunandır
  • MS Office və digər ofis proqramlarında işləmə bacarığı
  • Yüksək kommunikasiya, operativlik, məsuliyyət və dəqiqlik
  • Problemlərin həlli bacarığı və öyrənməyə açıq olmaq
  • Vaxtın effektiv idarə olunması

Sizə nə təklif edirik:

  • Gənc və dinamik komanda 
  • Pozitiv və motivasiyalı mühit
  • Öyrənmə və inkişaf perspektivləri

 Şərtlər:

  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə 138
  • Altı günlük iş həftəsi, iki növbəli iş rejimi: Bazar ertəsi - Cümə: 08:30-17:30 və 12:00-21:00
  • Şənbə: 08:30-15:30 və 14:00-21:00, İstirahət günü: həftənin bazar günü
  • Əmək haqqı: Müsahibə əsasında namizədin bacarıqlarına və təcrübəsinə uyğun olaraq razılaşdırılacaq

Maraqlanan namizədlər mövzu hissəsində “Reception” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily3
  • Weekly392
  • Monthly2334