Əmək haqqı: Təcrübə və bacarıqlara əsasən təyin olunacaq və ya razılaşma yolu ilə
İş rejimi: Rəsmi, Tam-ştat 6 gün.
Vəzifə öhdəlikləri:
- Mövcud müştəri bazası ilə zəng və mesaj vasitəsilə əlaqə saxlamaq
- Şirkətə birbaşa müraciət edən müştərilərlə görüşmək
- Müştərilərə məhsul və xidmətlərimiz haqqında detallı məlumat vermək və satış etmək
- Mövcud iş prosesini CRM sisteminə daxil etmək
- Köhnə və yeni müştərilərlə daim əlaqə yaratmaq
- Satışın artırılması məqsədilə təşəbbüslər göstərmək
- Digər bölmələrlə koordinasiyalı işləmək.
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək
Tələblər:
- Ali təhsil
- Satış sahəsində minimum 1 il iş təcrübəsi
- Satış texnikaları ilə bağlı biliklər
- MS Office üzrə biliklər.
- İngilis dili üzrə minimum A2 səviyyəsində biliklər
- Rus dili biliyi üstünlükdür.
Xüsusi bacarıqlar:
- Ünsiyyət bacarığı: Aydın və səlis nitq, dinləmə bacarığına sahib olmaq
- Satış bacarıqları: Müştəriyə məhsul və ya xidməti düzgün təqdim etmək,inandırmaq
- Məhsul bilikləri: Təmsil etdiyi məhsul və xidmət haqqında məlumatlı olmaq
- İnkişaf: Özünü daim inkişaf etdirmək, öyrənməyə meyilli olmaq.
- Zaman idarəetməsi: Eyni zamanda bir neçə işi görə bilmə qabiliyyəti.
- Təzyiq altında işləmə bacarığı: Çətin vəziyyətlərdə soyuqqanlı olmaq və effektiv işləmək, Problemli müştərilərlə işləmək bacarığı
Müraciət etmək üçün Müraciət Et bölməsindəki qeyd olunan formu doldurun.