ROOF Academic Training ROOF Academic Training
  • 536

Təhsil məsləhətçisi

  • Deadline 28 July 2025

İşin Təsviri: 

Hal-hazırda "Təhsil məsləhətçisi” vəzifəsi üçün yüksək bacarıqlı və peşəkar komanda yoldaşları axtarırıq. Əgər siz təhsildə dəyişiklik yaratmağa həvəsli, yeniliklərə açıq və tələbələrlə işləməkdən zövq aldığınızı düşünürsünüzsə, Roof Academy-də sizin üçün mükəmməl imkanlar var. 

Əsas Vəzifələr: 

  • Tələbələrə Roof Academy-nin təhsil proqramları və imkanları haqqında ətraflı məlumat vermək, onların təhsil hədəflərinə uyğun seçimlər etmələrinə dəstək olmaq. 
  • Akademik planlaşdırma, hədəf qoyulması və inkişaf yollarının 
  • müəyyənləşdirilməsində tələbələrə rəhbərlik etmək. 
  • Tələbələrin təhsil yolunda qarşılaşdıqları çətinlikləri həll etmək məqsədilə onlara fərdi və qrup halında məsləhətlər vermək. 
  • Sosial və emosional məsələlərdə tələbələrə dəstək olmaq, onları mütəmadi izləmək. 
  • Müəllimlər, valideynlər və digər təhsil işçiləri ilə əməkdaşlıq edərək tələbələrin təhsil yolunda qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq və onların akademik uğurlarını artırmaq. 

Tələblər: 

  • Psixologiya, Təhsil, Sosial İş və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi. 
  • Yüksək ünsiyyət bacarıqları, aktiv dinləmə qabiliyyəti və təqdimat bacarıqları. Tələbələrin ehtiyaclarını dəqiq şəkildə anlamaq və onlara empatiya göstərmək bacarığı. 
  • Diqqətli təşkilatçılıq, vaxt idarəetməsi və problem həll etmə bacarıqları. 
  • Təhsil sahəsində əsas metod və yanaşmalar haqqında dərin bilik. 
  • Stressli və çətin vəziyyətlərdə peşəkar və müsbət yanaşma göstərmək bacarığı. Komanda ilə işləmək və müstəqil qərar qəbul etmək qabiliyyəti. 
  • Ofis proqramlarında istifadə etmə bacarığı 

Təcrübə: 

  • Təhsil və ya sosial xidmət sahələrində əvvəlki iş təcrübəsi üstünlük təşkil edir. 

Roof Academy ilə işləməkdən nə gözləyə bilərsiniz? 

Roof Academy-nin inkişaf edən və innovativ iş mühitində fəaliyyət göstərmək. Beynəlxalq təhsil sahəsində yenilikləri izləyərək peşəkar inkişaf imkanları. Tələbələrin həyatında müsbət dəyişikliklər yaratmaq, onların təhsil yolunu və şəxsi inkişafını dəstəkləmək. 

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.

  • Daily127
  • Weekly127
  • Monthly2332