ROOF Academic Training ROOF Academic Training
  • 307

Təhsil məsləhətçisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təhsil məsləhətçisi

  • Истекает 27 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

ROOF Academic Training beynəlxalq imtahanlara (IELTS, TOEFL, SAT və s.) hazırlıq, ümumi və korporativ ingilis dili və xaricdə təhsil üzrə ixtisaslaşmış təhsil şirkətidir.

Vəzifə öhdəlikləri:

  • Tələbələrə Roof Academy-nin təhsil proqramları və imkanları haqqında ətraflı məlumat vermək, onların təhsil hədəflərinə uyğun seçim etmələrinə dəstək olmaq
  • Akademik planlaşdırma, hədəflərin müəyyənləşdirilməsi və fərdi inkişaf yollarının qurulmasında tələbələrə rəhbərlik etmək
  • Tələbələrin təhsil prosesində qarşılaşdıqları çətinliklərin həlli məqsədilə fərdi və qrup formatında məsləhətlər vermək
  • Tələbələrə sosial və emosional məsələlərdə dəstək olmaq, onların inkişafını mütəmadi izləmək 
  • Müəllimlər, valideynlər və digər təhsil işçiləri ilə əməkdaşlıq edərək tələbələrin akademik və şəxsi inkişafını gücləndirmək, effektiv təhsil kommunikasiyasını təmin etmək
  • Bütün iş proseslərini və tələbə məlumatlarını CRM sisteminə vaxtında və dəqiq şəkildə daxil etmək
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş vaxt çərçivəsində və yüksək keyfiyyətlə icra etmək

Tələblər:

  • Psixologiya, Təhsil, Sosial iş və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi
  • Təhsil və ya sosial xidmət sahələrində iş təcrübəsi üstünlükdür
  • Yüksək ünsiyyət bacarıqları, aktiv dinləmə qabiliyyəti və təqdimat bacarıqları
  • Tələbələrin ehtiyaclarını düzgün analiz etmək və empatiya ilə yanaşmaq bacarığı
  • Güclü təşkilatçılıq, vaxtın səmərəli idarə edilməsi və problem həll etmə bacarıqları
  • Təhsil sahəsində əsas metod və yanaşmalar üzrə nəzəri və praktik biliklər
  • Komanda ilə işləmək və müstəqil qərar qəbul etmək qabiliyyəti
  • İngilis dili biliyi: B1
  • MS Office proqramlarından istfadə etmə bacarığı

Xüsusi qeydlər:

  • Ünsiyyət bacarığı: Valideyn və ya tələbələrlə düzgün kommunikasiya qurulması
  • İnkişaf: Özünü daim inkişaf etdirmək, öyrənməyə meyilli olmaq
  • Zaman idarəetməsi: Vaxtı səmərəli şəkildə idarə etmək
  • Səbrli, məsuliyyətli və punktual olmaq

Sizə nə təklif edirik:

  • Gənc və dinamik komanda 
  • Pozitiv və motivasiyalı mühit
  • İş prosesində yerli və beynəlxalq təcrübə
  • Öyrənmə və inkişaf perspektivləri

 Şərtlər:

  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə 138
  • İş qrafiki: altı günlük iş həftəsi, Bazar ertəsi- Cümə 09:00-18:00, Şənbə 16:00-dək
  • İstirahət günü: həftənin bazar günü
  • Əmək haqqı: Müsahibə əsasında namizədin bacarıqlarına və təcrübəsinə uyğun olaraq razılaşdırılacaq

Maraqlanan namizədlər mövzu hissəsində “Təhsil məsləhətçisi” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily3
  • Weekly392
  • Monthly2334