Vəzifə öhdəlikləri:
- Tələbələrə şirkətin təqdim etdiyi xidmətlər və imkanlar haqqında ətraflı məlumat vermək, onların təhsil hədəflərinə uyğun seçimlər etməklərinə dəstək olmaq
- Gələn zənglərə və mesajlara vaxtında və düzgün cavab vermək
- Tədris qruplarını formalaşdırmaq və tədris prosesini təşkil etmək
- İş proseslərinin CRM sisteminə daxil edilməsi
- Sosial emosional məsələlərdə tələbələrə dəstək olmaq, onları mütəmadi izləmək
- Müəllimlər, valideynlər və digər təhsil işçiləri ilə əməkdaşlıq edərək tələbələrin təhsil kommunikasiyasın yaratmaq və onların inkişaf prosesinə dəstək olmaq
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək
Tələblər:
- Ali təhsil
- Təhsil sahəsində təcrübə
- MS Office üzərində bacarıq
- Aydın və səlis yazılı və şifahi ünsiyyət bacarığı
- İngilis dili ən az A2 səviyyə,azərbaycan dilini yüksək səviyyədə bilmək
İş Şərtləri:
- Əmək haqqı: 1000-1500 azn
- İş qrafiki: Tam-ştat, həftədə 6 gün (şənbə – qısa iş günü).
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan mail adresinə göndərə bilərlər.