İş şəraiti:
- Əmək haqqı: Təcrübə və bacarıqlara əsasən təyin olunacaq (və ya razılaşma yolu ilə)
- İş yeri: Roof Academic Training
- Ünvan: Aşıq Molla Cümə 138
- İş rejimi: Rəsmi, Tam-ştat.
Vəzifə öhdəlikləri:
- Xaricdə təhsil üzrə müraciət edən müştərilərə konsultasiya xidmətləri göstərmək
- Konsultasiyaları online və ya offline formatda aparmaq, məlumatları aydın şəkildə çatdırmaq və yüksək satış bacarığı nümayiş etdirmək
- Əla ünsiyyət bacarığı vasitəsilə müştəriləri düzgün şəkildə yönləndirmək
- Tələbənin akademik göstəricilərinə uyğun universitet və təqaüd proqramlarının siyahısını hazırlamaq
- Universitetlərə müraciət prosesinin başlanğıc və bitmə tarixlərini izləmək və bu barədə dəqiq məlumatlı olmaq
- Universitetlərlə bağlı zəruri araşdırmalar aparmaq və tələb olunan sənədlər barədə ətraflı məlumatlı olmaq
- Xaricdə təhsillə bağlı yenilikləri daimi olaraq araşdırmaq və izləmək
- Xaricdə təhsil sahəsində peşəkar inkişafı dəstəkləyən təlim və seminarlarda fəal iştirak etmək
Tələblər:
- İngilis dilində yüksək səviyyədə araşdırma və analiz bacarıqları
- Güclü kommunikasiya və ünsiyyət bacarığı
- Detallara diqqətli olmaq və dəqiq işləmək bacarığı
- Online və ya offline konsultasiya zamanı məlumatları aydın şəkildə izah edə bilmək, satış bacarığına malik olmaq
- Müvafiq sahə üzrə iş təcrübəsi olan namizədlərə üstünlük verilir
Xüsusi qeydlər:
- Zaman idarəetməsi: Eyni zamanda bir neçə işi görə bilmə qabiliyyəti
- Təzyiq altında işləmə bacarığı: Çətin vəziyyətlərdə soyuqqanlı olmaq və effektiv işləmək, problemli müştərilərlə işləmək bacarığı
- Səbrli, məsuliyyətli və punktual olmaq
Müraciət etmək üçün:
Müraciət Et düyməsində qeyd olunan formu doldurun.