"Royal Sea Breeze" MMC Royalé Casino üçün Slot Attendant vakansiyasını elan edir.
Müştəri məmnuniyyətini əsas prioritet hesab edən, məsuliyyətli və operativ əməkdaşları komandamıza dəvət edirik.
Əsas vəzifə öhdəlikləri:
- Slot maşınlarının fasiləsiz və düzgün fəaliyyətinə nəzarət etmək;
- Qonaqların suallarını cavablandırmaq və operativ dəstək göstərmək;
- Texniki nasazlıqlar barədə aidiyyəti şöbələri vaxtında məlumatlandırmaq;
- Oyun zalında qayda və prosedurlara riayət olunmasını təmin etmək;
- Premium xidmət standartlarına uyğun qonaqlara xidmət göstərmək;
- Gündəlik hesabatların hazırlanmasında iştirak etmək.
Tələblər:
- 18–30 yaş;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət bacarığı;
- Səliqəli və xoş xarici görünüş;
- Müştəriyönümlü yanaşma;
- Məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmək bacarığı;
- Növbəli iş qrafiki ilə işləməyə hazır olmaq.
Biz təklif edirik:
- Premium beynəlxalq kazino layihəsində çalışma imkanı;
- Peşəkar və dostyana kollektiv;
- Rəqabətli əməkhaqqı;
- Təlim və inkişaf imkanları;
- Korporativ nəqliyyat;
- Nahar ilə təmin olunma;
- Növbəli iş qrafiki.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.