Dealer (Krupye)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Dealer (Krupye)

  • Deadline 31 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Royalé Casino komandamıza yeni əməkdaşlar axtarırıq!

Royalé Casino-da qonaqlarımıza yüksək səviyyəli xidmət göstərmək, oyun proseslərinin peşəkar, dəqiq və ədalətli şəkildə idarə olunmasını təmin etmək üçün məsuliyyətli və motivasiyalı Dealer (Krupye) xanım namizədləri komandamıza dəvət edirik.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin siyasətlərinə, daxili prosedurlarına və kazino qaydalarına uyğun olaraq masa oyunlarını idarə etmək;
  • Oyunların ədalətli, dəqiq və peşəkar şəkildə keçirilməsini təmin etmək;
  • Qonaqlara yüksək səviyyəli xidmət göstərmək və xoş oyun atmosferi yaratmaq;
  • Zəruri hallarda oyun qaydalarını və prosedurlarını oyunçulara izah etmək;
  • Oyun çipləri, kartlar, avadanlıqlar və ödənişlərin düzgün idarə olunmasını təmin etmək;
  • Oyun prosesinə nəzarət etmək və hər hansı uyğunsuzluq, mübahisə və ya şübhəli halları rəhbərliyə bildirmək;
  • Təhlükəsizlik prosedurlarına, məsuliyyətli oyun standartlarına və AML (çirkli pulların yuyulmasına qarşı mübarizə) tələblərinə riayət etmək;
  • Tələb olunan təlimlərdə iştirak etmək və peşəkar bacarıqları inkişaf etdirmək.

Namizədə tələblər:

  • Bu vəzifə üçün əvvəlcədən iş təcrübəsi və ali təhsil tələb olunmur.
  • 20-30 yaş arası xanım namizədlər;
  • Azərbaycan dilində sərbəst, əlavə olaraq İngilis və ya Rus dillərindən birini mükəmməl səviyyədə bilmək;
  • Öyrənməyə həvəsli, diqqətli və məsuliyyətli olmaq;
  • Növbəli iş qrafiki ilə çalışmağa hazır olmaq;
  • Komandada işləmək bacarığı və yüksək qonaq məmnuniyyəti yönümlülük.

Təlim proqramı:

  • Seçilmiş namizədlər işə başlamazdan əvvəl şirkət tərəfindən təşkil olunan xüsusi təlim proqramında iştirak edəcəklər.
  • Təlim müddəti ərzində namizədlərlə təlim müqaviləsi bağlanılır;
  • Təlim dövründə iştirakçılara şirkət tərəfindən aylıq 850 AZN (net) ödəniş həyata keçirilir;
  • Təlim proqramını uğurla başa vuran namizədlər aylıq 2 000 AZN (net) əmək haqqı + bonuslar ilə rəsmi əmək müqaviləsi əsasında iş fəaliyyətinə başlayacaqlar.

Əlavə məlumat:

  • İş yeri: Nardaran qəsəbəsi
  • İş qrafiki: 6 günlük
  • Yemək və nəqliyyat şirkət tərəfindən təmin olunur.

Niyə Royalé Casino?

  • Yüksək və rəqabətli əmək haqqı;
  • Rəsmi əmək müqaviləsi və sosial təminatlar;
  • Korporativ təlim və peşəkar inkişaf proqramları;
  • Karyera yüksəlişi imkanları;
  • Müasir və beynəlxalq standartlara uyğun iş mühiti;
  • Peşəkar komanda ilə çalışma imkanı.

Royalé Casino-da işləmək sadəcə bir iş deyil — bu, qlobal kazino və qonaqpərvərlik sənayesində peşəkar karyera qurmaq üçün unikal fürsətdir.

Sizi komandamızda görməkdən məmnun olarıq!

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Dealer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Daha ətraflı məlumat üçün: https://royalesb.com/jobs

  • Daily1
  • Weekly553
  • Monthly15