Hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquqşünas

  • Deadline 11 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Royal Sea Breeze Operation” MMC “Royalé Casino”da “Hüquqşünas” vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

  • Müxtəlif növ kommersiya, korporativ və mülki-hüquqi müqavilələrin hazırlanması, hüquqi ekspertizasının aparılması, razılaşdırılması və icrasına nəzarət;
  • Korporativ sənədlərin, o cümlədən təsis sənədlərinin, nizamnamələrin, qərarların, protokolların və etibarnamələrin hazırlanması və hüquqi baxımdan yoxlanılması;
  • Şirkətin korporativ idarəetmə proseslərinə hüquqi dəstəyin göstərilməsi;
  • Şirkətin təsisçiləri, iştirakçıları və digər maraqlı tərəfləri ilə bağlı korporativ hüquqi məsələlərin həlli;
  • Şirkətin strukturunda və korporativ məlumatlarında baş verən dəyişikliklərin hüquqi sənədləşdirilməsinin təmin edilməsi;
  • Hüquqi rəylərin, arayışların, müraciətlərin və digər hüquqi sənədlərin hazırlanması;
  • Şirkətin fəaliyyətinə aid mülki, əmək və vergi hüququ məsələləri üzrə hüquqi məsləhətlərin verilməsi;
  • Şirkətin maraqlarının qorunması məqsədilə iddia ərizələrinin, şikayətlərin və digər prosessual sənədlərin hazırlanması;
  • Dövlət qurumları və digər aidiyyəti təşkilatlarla korporativ və hüquqi məsələlər üzrə yazışmaların aparılması;
  • Hüquqi risklərin müəyyən edilməsi və onların minimuma endirilməsi istiqamətində təkliflərin hazırlanması;
  • Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğunluğunun təmin edilməsinə hüquqi dəstəyin göstərilməsi.

​​​​​​​Namizədə dair tələblər:

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Korporativ və müqavilə hüququ üzrə biliklər, hüquqi sənədlərin hazırlanması, yoxlanılması və danışıqların aparılması sahəsində təcrübə;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə biliklər;
  • Hüquqi və tənzimləyici riskləri müəyyən etmək, qiymətləndirmək, minimuma endirmək və praktiki həll yolları təklif etmək bacarığı;
  • Analitik düşünmə, problem həll etmə və effektiv kommunikasiya bacarıqları;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
  • İngilis və rus dili bilikləri üstünlükdür;
  • MS Office proqramları ilə işləmək bacarığı.

​​​​​​​​​​​​​​İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Cümə (5/2);
  • İş yeri: Sea Breeze, Nardaran, Bakı;
  • Əlavə üstünlüklər: Şirkət tərəfindən nəqliyyat və nahar ilə təmin olunma;
  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily120
  • Weekly158
  • Monthly742