“Royale Sea Breeze Operation” MMC peşəkar Rəngsaz – Mebel boyaçısı axtarır!
Vəzifə öhdəlikləri:
- Mebel və taxta səthlərin boyanması və laklanması;
- Boyama öncəsi səthlərin hazırlanması (zımparalama, astarlama, şpaklyovka);
- MDF, DSP və təbii ağac materialları ilə işləmək;
- Boya və lak materiallarının düzgün seçilməsi və tətbiqi;
- Boyama işlərinin keyfiyyətlə və vaxtında yerinə yetirilməsi;
- İş avadanlıqlarının saz vəziyyətdə saxlanılması və təhlükəsizlik qaydalarına riayət edilməsi.
Namizədə tələblər:
- Mebel boyama sahəsində minimum 2 il iş təcrübəsi;
- MDF və taxta səthlərin boyanması üzrə praktiki biliklər;
- Boya püskürtmə avadanlıqları ilə işləmək bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- İş yeri: Sea Breeze, Nardaran qəsəbəsi;
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
- Yemək və nəqliyyat şirkət tərəfindən təmin olunur;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.
Maraqlanan namizədlər CV-lərini və ya iş təcrübələri haqqında məlumatı 0992053264 / Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət zamanı “Mebel boyaçısı” vakansiyasını qeyd etməyiniz xahiş olunur.