Peşəkar komanda, güclü gələcək
RS GLOBAL şirkəti komandamıza qoşulacaq, ixrac proseslərini koordinasiya edə bilən, məsuliyyətli və ünsiyyət bacarıqları yüksək Export menecer axtarır.
Namizədə dair tələblər
- Rus dilini yaxşı səviyyədə bilmək — mütləqdir;
- İngilis dili biliyi arzuolunandır;
- Ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Məsuliyyətli, intizamlı və təşəbbüskar olmaq;
- İşləri planlaşdırmaq və prosesləri koordinasiya etmək bacarığı;
- Komanda ilə işləmək və operativ qərar vermək bacarığı.
Əsas vəzifə öhdəlikləri
- İxrac sifarişləri və müvafiq sənədləşmə proseslərini koordinasiya etmək;
- Xarici müştərilər və tərəfdaşlarla işgüzar əlaqələri idarə etmək;
- Sifarişlərin hazırlanması və göndərilmə mərhələlərini izləmək;
- İxracla bağlı məlumat və sənədlərin düzgünlüyünə nəzarət etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etmək.
Təklif edirik
- 1000 AZN əməkhaqqı;
- Peşəkar və işgüzar mühit;
- İş bacarıqlarına uyğun inkişaf imkanı.
Əlaqə: +994 99 888 60 61
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
RS GLOBAL — Birlikdə daha böyük hədəflərə.