Runner Runner
  • 607

Korporativ Satış Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ Satış Meneceri

  • Deadline 4 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələb olunan bilik, bacarıq və səriştələr

  • Kuryer və çatdırılma sahəsində yerli və regional daşımalar üzrə biliklər.
  • Güclü satış, danışıqlar aparma və münasibət qurma bacarıqları. 
  • Satış strategiyasının hazırlanması və icrasına nəzarət bacarıqları.
  • Yeni biznes imkanlarını müəyyənləşdirmək və potensial müştəriləri cəlb etmək qabiliyyəti.
  • Müştərilər və partnyorlarla güclü əlaqələr və ünsiyyət qurmaq bacarığı.
  • Şirkətin Əməliyyat potensialına uyğun olaraq əlavə xidmətlərin və satışlarının artırılması bacarıqları.
  • Bazar tendensiyalarını və müştəri tələblərini analiz edə bilmək.
  • Tələb olunan hesabatlar, xidmətlər və ya məhsullar ilə bağlı təqdimatlar hazırlamaq bacarığı.

Əsas Vəzifələr:

  • Yeni müştərilərin cəlb edilməsi üçün biznes imkanlarını araşdırmaq və inkişaf etdirmək.
  • Satış strategiyalarını hazırlamaq və gəlir hədəflərinə nail olmaq.
  • Mövcud müştərilərlə münasibətləri qoruyub saxlamaq və müştəri məmnuniyyətini artırmaq.
  • Bazar araşdırmaları apararaq sektorun və rəqiblərin vəziyyətini izləmək.
  • Potensial müştərilər üçün təqdimatlar və təkliflər hazırlamaq.
  • Müştərilərlə müqavilə, qiymət və xidmət şərtlərini müzakirə etmək.
  • Satış performansını izləmək və inkişaf hesabatları hazırlamaq.

 Əlavə Tələblər:

  • Özünü motivasiya edə bilən, hədəf yönümlü və müstəqil işləmə qabiliyyətinə malik.
  • Punktuallıq və son tarixlərə riayət etmək bacarığı.
  • Ünsiyyətcil olmaq və komandada işləmək bacarığı.
  • Müştəri ilə müsbət ünsiyyət qurmağı bacarmaq.
  • Təhlil etmək və problem həll etmək bacarığı.

Təhsil və təcrübə 

  • Biznes, Kommersiya, loqistika və ya əlaqəli sahədə ali təhsili olmalı.
  • Biznesin inkişafı, satış və ya müştəri idarəçiliyi sahəsində minimum 3 il iş təcrübəsi (kuryer və ya çatdırılma sektorunda təcrübəsi olanlara üstünlük verilir).
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli. Xarici dil biliyi olan namizədlərə üstünlük verilir.
  • Ofis proqramlarında işləmək bacarığı, CRM və oxşar proqramlarda iş təcrübəsi

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Maraqlanan namizədlər cv-ləri “Korporativ Satış Meneceri” başlığı altında elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily107
  • Weekly490
  • Monthly1103