Supervayzer (korporativ satışlar üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Supervayzer (korporativ satışlar üzrə)

  • Deadline 1 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilər ilə əlaqələr quraraq, şirkətin məhsullarına dair təqdimatlar edir və məlumat verir, mövcud müştərilər ilə iş fəaliyyətini genişləndirir.
  • Korporativ müştərilər ilə müqavilələrin bağlanmasını və rəhbərliyin müqavilə ilə tanış olmasını təmin edir, müqavilələrin, ticari şərtlərin imzalanmasının təşkilində iştirak edir.
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən edir, təhlil edir və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirir.
  • Korporativ satış üzrə bazar araşdırması həyata keçirir, həftəlik/aylıq hesabatlar hazırlayır və birbaşa rəhbərinə təqdim edir.
  • Aylıq iş planına uyğun müştəri ziyarətləri və satış hədəflərini həyata keçirir, hər ayın sonu satış planının icrası ilə bağlı hesabatlar hazırlayır və birbaşa rəhbərinə təqdim edir.
  • Mütəmadi olaraq ona təhkim olunmuş bölgə üzrə satışın gedişatını izləyir və bu barədə birbaşa rəhbərinə məlumat verir, riskləri qabaqcadan müəyyən edir.
  • Məhsulların müştərilərə sanitar-gigiyenik qaydalara və Azərbaycan Respublikasının qanunvericiliyi tələblərinə uyğun olaraq saxlanılmasına, çatdırılmasına və təhvil-təsliminə nəzarət edir.
  • Müştərilərə olunacaq endirim və kampaniyaları əvvəlcədən birbaşa rəhbəri və müvafiq şöbələrlə razılaşdırır, aksiyaları düzgün şəkildə və sənədləşmə qaydaları ilə təmin edir.
  • Tabe olduğu rəhbərin vəzifə öhdəliklərinin icrası ilə bağlı digər tapşırıqlarını icra edir.

Bizim üçün önəmlidir:

  • Müvafiq sahədə azı 3 il iş stajına malik olmalıdır.
  • Azərbaycan dilini yüksək səviyyədə bilməlidir.
  • MS Office proqramlarından istifadə bacarığı olmalıdır.
  • Satışın təşkili və müştəri cəlbetmə qaydalarını bilməlidir.
  • Nəzakətli və gülərüzlü olmalıdır.
  • Effektiv ünsiyyət qurmaq və təqdimetmə bacarıqlarına malik olmalıdır.
  • Operativ, dəqiq və məsuliyyətli olmalıdır.
  • Komanda şəklində və şirkətin satış hədəfləri istiqamətində çalışmalıdır.

Təminatlar:

  • Əmək haqqı vəzifə maaşı və bonuslar əsasında formalaşır.
  • Korporativ nömrə və ya limitlə təmin edilir.
  • Yanacaq kartı və ya yol xərci ilə təmin edilir.

Uyğun namizədlər müraciət üçün öz CV-lərini elektron poçt ünvanına mövzu hissədə "Supervayzer (korporativ satışlar üzrə)” yazmaqla göndərə bilərlər.

  • Daily19
  • Weekly547
  • Monthly2190