Əsas vəzifə və öhdəliklər
- Tikinti layihələri üzrə podratçı və subpodratçılarla ödəniş hesablaşmalarının aparılması
- Təchizatçılara edilən ödənişlərin yoxlanılması və icrası
- Müqavilələrə əsasən ödəniş cədvəllərinin hazırlanması və izlənməsi
- Görülmüş iş aktlarının və hesab-fakturaların yoxlanılması
- Avans ödənişlərinin uçotu və bağlanmasının nəzarətdə saxlanması
- Bank ödəniş tapşırıqlarının hazırlanması və icrası
- Layihə büdcəsinə uyğun xərclərin monitorinqi
- Mühasibat proqramında əməliyyatların düzgün qeydiyyatı
- Maliyyə hesabatlarının hazırlanmasına dəstək
- Audit və yoxlamalar üçün tələb olunan sənədlərin hazırlanması
- Vergi və qanunvericilik tələblərinə uyğun maliyyə əməliyyatlarının aparılması
Tələb olunan bilik və bacarıqlar
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil
- Tikinti sektorunda mühasibatlıq və ya ödəniş sahəsində iş təcrübəsi (üstünlükdür)
- Müqavilə əsaslı ödəniş mexanizmlərini bilmək
- Mühasibat proqramlarında işləmək bacarığı (1C kompleks avtomatlasdirma)
- MS Excel ilə yüksək səviyyədə işləmək bacarığı
- Analitik düşünmə və diqqətlilik
- Vaxtın idarə olunması və məsuliyyətlilik
- Komanda ilə işləmək bacarığı
Şəxsi keyfiyyətlər
- Dəqiqlik və məsuliyyətlilik
- Stressə davamlılıq
- Maliyyə intizamına riayət
- Operativ qərarvermə bacarığı
- Əsas performans göstəriciləri (KPI)
- Ödənişlərin vaxtında icra faizi
- Sənəd və hesablaşmalarda səhv səviyyəsi
- Büdcə uyğunluğu
- Hesabatların təqdim edilmə dəqiqliyi və vaxtı
- Azərbaycan qanunvericiliyi və beynəlxalq müqavilə standartları üzrə dərin bilik
- Güclü sənəd tərtibatı, danışıqlar və liderlik bacarıqları
- Azərbaycan, İngilis və Rus dillərində sərbəstlik
İş şəraiti
- Ünvan: Bakı şəhəri
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək;
- Tam iş vaxtı
- İş günləri: 5 gün
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.