Təchizatçı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təchizatçı

  • Deadline 12 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifələr

  • Təsdiqlənmiş ehtiyaclara uyğun satınalma tələblərinin toplanması və təhlili
  • Təchizatçılarla ilkin araşdırma, kommersiya təkliflərinin toplanması və müqayisəli təhlilin aparılması
  • Satınalma sifarişlərinin (Purchase Order) düzgün və vaxtında hazırlanması və sistemə daxil edilməsi
  • Mövcud və potensial təchizatçılarla davamlı əməkdaşlıq və əlaqələrin qurulması
  • Müqavilələrin hazırlanmasında iştirak və onların icrasına nəzarət
  • Təchizatçılar üzrə reyestrin (database) aparılması və yenilənməsi
  • Mal və materialların çatdırılma tarixlərinə nəzarət
  • Çatdırılma zamanı sənədləşmə və fiziki qəbzləşmənin düzgünlüyünün təmin edilməsi
  • Gecikmə və uyğunsuzluq hallarının araşdırılması və müvafiq tədbirlərin görülməsi
  • Satınalma proseslərinin şirkətin daxili siyasət və prosedurlarına uyğun şəkildə aparılması
  • Bütün satınalma əməliyyatları üzrə sənədlərin düzgün və tam şəkildə sistemdə arxivləşdirilməsi
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Satınalma əməliyyatlarına dair tələb olunan sənədlərin audita hazır vəziyyətdə saxlanması

Tələblər:

  • Ali təhsil 
  • İş təcrübəsi tikinti sahəsində 3 il 
  • Azərbaycan dili əla, İngilis, rus dili üstünlükdür
  • Kompyuter proqramları biliyi: 1 C və MC Ofice proqramlarında işləmək
  • Təmkinli və səbirli olması vacibdir.
  • Stressə davamlılıq, dəqiqlik,1C proqamında sərbəst işləmək
  •  Xanım və Bəy Namizədlər

Əlavə qeyd

  • Əmək haqqı: 2000 AZN (Net)
  • İş yeri: Bayıl, Xanlar küçəsi 10, 
  • Həftə içi 5 gün, 09:00-18:00
  • Tikinti sahəsində təcrübəsi olması mütləqdir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily56
  • Weekly144
  • Monthly1002