İş yeri: Səbayıl rayonu, Sabah Residence kompleksi
Vəzifə öhdəlikləri:
- Şirkət daxilində bütün sənədlərin qəbulunu, qeydiyyatını və arxivləşdirilməsini təmin etmək;
- Elektron və kağız daşıyıcılarında olan sənədlərin düzgün saxlanılmasına nəzarət etmək;
- Sənədlərin axtarışı və təqdim edilməsini operativ şəkildə icra etmək;
- Arxiv materiallarının təhlükəsizliyi və məxfilik qaydalarına riayət etmək;
- Arxiv işlərinin mütəmadi olaraq qanunvericilik və daxili qaydalara uyğun aparılmasını təmin etmək;
- Zəruri hallarda hesabatlar və məlumat bazaları hazırlamaq.
Tələblər:
- Ali təhsil (idarəetmə, arxiv işi, kitabxanaçılıq və ya müvafiq sahə üstünlükdür);
- Oxşar vəzifədə minimum 1–2 il iş təcrübəsi;
- Sənəd dövriyyəsi və arxivləşdirmə qaydaları üzrə biliklər;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və yüksək təşkilatçılıq qabiliyyəti;
- Komandada işləmək bacarığı və operativlik.
İş şərtləri:
- İş qrafiki: 5/2, 09:00–18:00;
- Əmək müqaviləsi ilə rəsmiləşdirmə;
- Müsahibə əsasında müəyyən ediləcək.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.