Sabah Investment Group Sabah Investment Group
  • 991

Sabah Investment Group

Business

Document Controller

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Document Controller

  • Deadline 28 December 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • İnşaat Layihələri üzrə bütün texniki və inzibati sənədlərin qeydiyyatını aparmaq.
  • Sənədlərin müvafiq şablonlara uyğun tərtib olunmasını təmin etmək.
  • Müvafiq sənədlərin düzgün formatda saxlanılması (PDF, Word, CAD, və s.) və adlandırılmasını təmin etmək.
  • Layihə qrupuna və podratçılara aid olan sənədləri müvafiq qaydada yaymaq.
  • Daxil olan və çıxan sənədlərin vaxtında və düzgün ünvana çatdırılmasını təmin etmək.
  • Layihəyə aid sənədlərin saxlanıldığı yaradılacaq informasiya sistemini (DMS – Document Management System) idarə etmək.
  • Sənədlərin versiya izləməsini aparmaq (version control).
  • Elektron və fiziki arxivləri təşkil etmək, ehtiyat nüsxələr yaratmaq.
  • Sənədlərin layihə və hüquqi tələblərə uyğunluğunu yoxlamaq.
  • Səhv və ya uyğunsuz sənədləri müəyyən edib müvafiq düzəlişlərin edilməsini təmin etmək.
  • Layihə üzrə sənədləşmə işlərinin planını tərtib etmək və icrasına nəzarət etmək.
  • Təxirəsalınmaz işlərin prioritetləşdirilməsini təşkil etmək.
  • Podratçılar, subpodratçılar, müştərilər və layihə komandası ilə sənədlər üzrə əlaqəni təmin etmək.
  • Sənədlərin düzgün dövriyyəsi üçün digər departamentlərlə koordinasiya qurmaq.
  • Layihəyə aid konfidensial sənədlərin təhlükəsizliyini təmin etmək.
  • Sənədlərə giriş icazələrini tənzimləmək.
  • Sənədləşmə işləri ilə bağlı dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Aylıq və ya rüblük olaraq sənədlərin statusu haqqında məlumat vermək.
  • Yeni proqram təminatları və sistemlər üzrə biliklərini artırmaq.

Əsas Bacarıq və Tələblər:

  • Ali təhsil, minimum 2 il iş təcrübəsi müvafiq sahə üzrə (inşaat sahəsində olanlara üstünlük veriləcəkdir) ,
  • İngilis dili biliyi : sərbəst danışmaq və yazmaq.
  • Təşkilatçılıq: Sənədləri qaydasında saxlamaq və sistematik işləmək.
  • Texniki bilik: Document Management Software ilə işləmə bacarığı.
  • Detallara diqqət: Səhv riskini minimuma endirmək.
  • Vaxtın idarə edilməsi: Eyni zamanda bir neçə tapşırığı idarə etmək bacarığı.
  • Kommunikasiya: Şirkət daxili və xarici tərəfdaşlarla effektiv ünsiyyət qurmaq.

Namizədlərdən CV-lərini “Document Controller” mövzusu ilə elektron poçt ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily39
  • Weekly377
  • Monthly2015