Vəzifənin məqsədi:
Şirkətin Hüquq və Xidməti Araşdırmalar Departamentində sənəd dövriyyəsinin düzgün idarə olunması, daxili prosedurlara uyğun şəkildə sənədlərin qəbul olunması, qeydiyyatı, arxivləşdirilməsi və aidiyyəti şəxslərə yönləndirilməsinin təmin edilməsi.
İş barədə məlumat:
- Status: Müvəqqəti (Project-based)
- İş rejimi: Tam ştat
- Tələblər: Junior hüquq bilikləri olan namizəd üçün uyğundur
Əsas vəzifə öhdəlikləri:
- Hüquq və Xidməti Araşdırmalar Departamentinə daxil olan bütün sənədlərin qəbul edilməsi, qeydiyyatı, imza prosesindən keçirmək və sistemə daxil edilməsi.
- Sənədlərin təsnifatlandırılması, elektron və fiziki arxivdə düzgün saxlanılması.
- Daxili və xarici sorğular üzrə məlumatların toplanması və hüquq şöbəsi ilə koordinasiya olunması.
- Araşdırma materiallarının, aktların, təqdimat və hesabatların hazırlanmasında şöbəyə dəstək.
- Proseslərlə bağlı tələb olunan məlumatların müvafiq şöbələrdən toplanması və hüquq üzrə məsul şəxsə təqdim edilməsi.
- Departament rəhbəri tərəfindən verilmiş gündəlik tapşırıqların vaxtında və dəqiq icrası.
- Məxfi məlumatların qorunması və etik-normalara ciddi riayət olunması.
Tələblər:
- Hüquq üzrə bakalavr təhsili (son kurs tələbəsi və ya yeni məzun qəbul edilə bilər).
- Sənəd dövriyyəsi, arxiv işi və ya hüquqi sənədlərlə iş üzrə minimal təcrübə üstünlükdür.
- MS Office (Word, Excel, Outlook) üzrə yaxşı biliklər.
- Dəqiqlik, məsuliyyət, analitik düşüncə və sənədlərlə diqqətli işləmək bacarığı.
- Komanda ilə işləmək və məlumatı dəqiq çatdırmaq bacarığı.
Üstünlüklər:
- Hüquq sahəsində təcrübə qazanmaq imkanı.
- Xidməti araşdırma proseslərini öyrənmək.
- Korporativ mühitdə sənəd idarəçiliyinin praktiki tətbiqi.
Tabeçilik:
- Hüquq və Xidməti Araşdırmalar Departamentinin rəhbəri
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.