Qısa təsvir:
Hüquqi təhsilli, diqqətli və sistemli çalışan bir mütəxəssis axtarırıq. Vəzifə daşınmaz əmlakın alqı-satqısı üzrə müqavilələrin müşayiəti, daxili sənəd dövriyyəsinin idarə olunması, məlumatlardakı səhvlərin aşkar edilməsi və qarşısının alınması, həmçinin back office proseslərinin koordinasiyasından ibarətdir. İş peşəkar satış komandasında – real estate sahəsində həyata keçirilir.
Əsas vəzifə öhdəlikləri:
- Müqavilələrdə və məlumatlarda səhvlərin sistemli şəkildə aşkarlanması və qarşısının alınması üçün biznes proseslərin hazırlanması və tətbiqi
- Alqı-satqı müqavilələrinin hazırlanması, razılaşdırılması və müşayiəti
- CRM sistemində bütün müqavilələrin qeydiyyatının aparılması və nəzarət olunması
- Müqavilə bazasının Excel və bulud yaddaşlarında toplanması və sistemləşdirilməsi
- Müqavilələrin müddətlərinə nəzarət və şərtlərin icrasının izlənməsi
- Müqavilə və sənəd dövriyyəsinə dair daxili bölmələrlə əməkdaşlıq
- Müqavilələrin statusu, müddətləri və riskləri üzrə müntəzəm hesabatların hazırlanması
- Sənədlərin arxivləşdirilməsi (rəqəmsal və fiziki)
- Müqavilə sənədlərinin standartlaşdırılması və keyfiyyətinə nəzarət
- Müqavilə şablonlarının hazırlanmasında və yenilənməsində iştirak
- Back office daxilində müqavilə uçotu və sənəd dövriyyəsi proseslərinin optimallaşdırılması
- Back office komandasının işlərinin koordinasiyası: müddətlərin, prioritetlərin və keyfiyyətin idarə olunması
Namizədə tələblər:
- Hüquq ixtisası üzrə ali təhsil
- Back office sahəsində sənədlərlə və proseslərlə iş təcrübəsi
- Excel proqramında sərbəst işləmək bacarığı
- CRM sistemlərində iş təcrübəsi üstünlükdür
- Diqqətlilik, sistemli yanaşma, düzgün yazılı və şifahi nitq bacarığı
Təklif olunan şərtlər:
- Peşəkar komanda ilə stabil şirkətdə iş imkanı
- Rahat ofis və dostyana mühit
- Peşəkar və karyera inkişafı imkanları
- Başlanğıc əmək haqqı — 1800 AZN-dən başlayır (müsahibənin nəticəsinə əsasən müəyyənləşdirilir)
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.