Əmək funksiyaları:
- Mənzillərin alqı-satqısı üzrə müqavilə və əlavələrinin hazırlanması və hüquqi çərçivəyə uyğunluğunun təmin edilməsi.
- Müqavilələrin hər iki tərəfin (müştəri və satıcı) maraqlarına uyğun şəkildə tərtib edilməsi.
- Hazırlanan sənədlərin daxili prosedura uyğun olaraq əlaqəli şöbələr (satış rəhbəri, hüquqşünas, maliyyə) tərəfindən yoxlanılmasını və təsdiqlənməsini koordinasiya etmək.
- Müqavilələrin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə tam uyğunluğunu təmin etmək.
- Satış menecerləri və hüquq komandası ilə sıx əməkdaşlıq edərək sənədlərdəki düzəliş və razılaşdırmaları vaxtında yerinə yetirmək.
- Müqavilələrin Bitrix və digər daxili platformalarda düzgün formada yerləşdirilməsini təmin etmək.
- Müştərilərlə sənədləşmə prosesi zamanı yaranan hüquqi suallara cavab vermək və dəstək göstərmək.
- Hazır sənədlərin PDF formasında müştəriyə göndərilməsi və imzalanma prosesinin idarə olunması.
Namizədə tələblər:
- Hüquq, biznesin idarə olunması və ya əlaqəli sahədə ali təhsil.
- Mənzil alqı-satqısı sahəsində və ya daşınmaz əmlak üzrə minimum 2 il iş təcrübəsi.
- Azərbaycan dilində əla səviyyədə yazılı və şifahi bacarıqlar, hüquqi yazışma bilikləri.
- İngilis dili biliyi arzuolunandır.
- Bitrix və digər sənəd idarəetmə proqramlarında işləmək bacarığı üstünlükdür.
- Diqqətli, məsuliyyətli və yüksək sənəd analizi bacarığı olan.
- Komanda ilə işləmə bacarığı və güclü kommunikasiya qabiliyyəti.
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.