Yeni açılan, müasir və çoxfunksiyalı bir məkan — həm kafe, həm də müxtəlif təlimlər, görüşlər və media layihələri üçün nəzərdə tutulmuş rahat bir mühit üçün Menecer axtarılır.
Vəzifələr:
- Qonaqlardan gələn şikayətlərinin çevik və peşəkar şəkildə həll olunması;
- Yeni işçiləri restoran standartları və daxili-nizam intizam qaydaları ilə tanış etmək, onların adaptasiya prosesinin idarə olunması;
- İşçilər arasında motivasiya və komanda ruhunu gücləndirmək üçün təkliflər hazırlamaq;
- Müştəri axınının düzgün koordinasiyası və gözləmə vaxtlarının minimuma endirilməsi üçün rezervasiyaların və masa bölgüsünün effektiv şəkildə idarə olunması;
- Qəbul zamanı malın çeşidi, miqdarı, yerləşdirmə və keyfiyyətinin faktura və qaimə ilə uyğunluğunun yoxlanılması;
- Qəbul və çxışa dair sənədləşmənin sistemdə icrası;
- Sifarişlərin düzgün komplektləşdirilməsi və təhvil aktlarının hazırlanması;
- Gündəlik anbar hərəkətlərinin tam və düzgün qeydiyyatı;
- Minimum və maksimum stok səviyyələrinin nəzarətdə saxlanılması;
- Restoranın açılması və bağlanması proseslərində iştirak etmək, proseslərin düzgün idarə olunması, müşahidə olunan bütün nöqsanlarla bağlı məlumatın Rəhbərlik ilə paylaşmaq.
Namizədə tələblər:
- Ali təhsil ;
- Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
- MS Excel və Word proqramlarını yaxşı səviyyədə bilmə;
- Analitik düşüncə, məsuliyyətlilik və işdə dəqiqlik;
- Komandada işləmə və effektiv ünsiyyət bacarığı;
- Cins: kişi
- Yaş: 25-35
- Rus dili tələb, inglis dili arzuolunan.
Əmək şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 1200 manat;
- Stabil iş yeri, peşəkar və mehriban kollektiv.
Yeni bir konseptin formalaşmasında birbaşa rol oynamaq, həm kafe, həm də tədbir mühitində dinamik komandanın parçası olmaq istəyirsənsə — CV-ni Müraciət et düyməsində qeyd olunan ülüktron poçt ünvanına göndər.