İş barədə məlumat:
- Müştəriləri mehriban qarşılamaq, şirniyyat və tort çeşidləri haqqında ətraflı məlumat vermək
- Məhsulların satışını həyata keçirmək və kassa əməliyyatlarını (nağd və pos-terminal) dəqiq icra etmək
- Vitrinlərin səliqəsinə, məhsulların düzgün və cəlbedici düzülüşünə nəzarət etmək
- Kassada olan nağd vəsaitlərin təhlükəsizliyini və hesablanmasını təmin etmək
- İş yerində təmizlik və sanitariya qaydalarına riayət etmək
Namizədə dair tələblər:
- Oxşar sahədə (şirniyyat mağazası, market və ya ictimai iaşə) satıcı-kassir kimi iş təcrübəsi arzuolunandır
- Kassa aparatları və pos-terminal ilə işləmək bacarığı
- Səlis nitq kabiliyyəti, ünsiyyətcillik və müştərifyönümlülük
- Məsuliyyətli, dəqiq, dürüst və komandada işləmək bacarığı
- Xoş görünüşlü və gigiyena qaydalarına həssas yanaşan
İş şəraiti:
- İş qrafiki: Növbəli iş rejimi.
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur (Maaş + Bonus).
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Müraciət etmək istəyən namizədlər +994556876624 nömrəsi ilə əlaqə saxlaya bilərlər (Elçin bəy).