Vəzifə öhdəlikləri:
- Şirkət ehtiyaclarına uyğun təchizatçıların araşdırılması və seçilməsi;
- Məhsul və xidmətlər üzrə qiymət sorğularının təşkili, müqayisəli təhlillərin aparılması və optimal təkliflərin hazırlanması;
- Təchizatçılarla kommersiya şərtləri, qiymət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə danışıqların aparılması;
- Sifarişlərin vaxtında yerləşdirilməsi və icra prosesinə nəzarət olunması;
- Müqavilələrin hazırlanması, icrasına nəzarət və sənəd dövriyyəsinin idarə olunması;
- Bazar qiymətlərinin davamlı monitorinqi və alternativ təchizat kanallarının müəyyən edilməsi;
- Şirkətin maraqlarını əsas tutaraq şəffaflıq, məxfilik və peşəkar etik prinsiplərə riayət edilməsi.
Namizədə tələblər:
- Ali təhsil;
- Satınalma və ya təchizat sahəsində minimum 1 il iş təcrübəsi;
- Rus və ingilis dili biliyi üstünlükdür;
- MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı işləmə bacarığı;
- Analitik düşüncə və bazar araşdırması bacarığı;
- Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
- Detallara diqqət və sənədlərlə dəqiq işləmə bacarığı.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.