Hesabat verir - Marketinq və Kommersiya işləri üzrə Direktor
İşin təsviri:
- Qrupa daxil olan hər restoran üzrə təxminən ayda 1 professional fotosessiya
- Yemək və içkilərin çəkilişi
- Menyu və məhsul çəkilişləri
- Restoran interyeri və atmosferinin çəkilişi
- Lifestyle və qonaq təcrübəsini əks etdirən çəkilişlər
- Ehtiyac olduqda tədbir və kampaniya çəkilişləri
- Seçilmiş fotoların professional işlənməsi və rəng korreksiyası
Tələblər:
- Qida, restoran, qonaqpərvərlik və ya həyat tərzi sahəsində güclü portfolio
- Peşəkar kamera və çəkiliş üçün tələb olunan işıqlandırma avadanlıqlarına sahib olmaq
- Yemək çəkilişində işıq, kompozisiya və rənglə işləmək bacarığı
- Təqdim olunan vizual istiqamət və yaradıcı tapşırıq əsasında işləmək bacarığı
- Fərqli restoran brendlərinin vizual üslubuna uyğunlaşmaq bacarığı
- Razılaşdırılmış son tarixlərə riayət etmək
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdikdə e-poçtunun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını qeyd etməyiniz xahiş olunur.