Vəzifə öhdəlikləri:
- Koordinasiya şöbəsi tərəfindən təqdim olunan sifariş cədvəlinə və rəhbərliyin apardığı iş bölgüsünə əsasən mürəkkəb tortların dekorunun hazırlanması;
- Buttercream ilə detallı işləmələrin aparılması;
- Sadə kəsim tortlarının hazırlanması və kəsilməsi;
- Şəkər pastası (mastika) ilə işləmə bacarığı;
- Cupcake, lolipop, peçenye və digər şirniyyat növlərinin sərbəst şəkildə bişirilməsi;
- Velyur tortların hazırlanması;
- Hazır məhsulun koordinasiya şöbəsinə təhvil verilməsi və ya soyuducuya düzgün şəkildə yerləşdirilməsinin təmin olunması.
Namizədə olan tələblər:
- Tort ustası sahəsində minimum 1-2 il iş təcrübəsi;
- Aeroqraf və "raskadka" texnikası ilə işləmə bacarığı;
- Punktuallıq, çeviklik və detallara qarşı yüksək diqqət;
- İşinə qarşı həvəsli, məsuliyyətli və dinamik yanaşma;
- Komanda ilə işləmə və fərdi şəkildə tapşırıqları yerinə yetirmə bacarığı.
İş şəraiti:
- İş yeri: Bilgah Cake Bake
- İş saatı: 10:00 – 19:00
Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 01.11.2025-ci il tarixinədək göndərə bilərlər.