Namizədə olan tələblər:
· İnformasiya texnologiyaları, proqramlaşdırma, informasiya sistemləri və ya digər uyğun sahə üzrə ali təhsil;
· 1C platforması üzrə minimum 3 il developer təcrübəsi;
· 1C:Enterprise 8.3 platforması üzrə dərin biliklər;
· 1C konfiqurasiyalarının hazırlanması və modifikasiya edilməsi üzrə təcrübə;
· API inteqrasiyaları və sistemlərarası məlumat mübadiləsi üzrə biliklər;
· Texniki sənədləşmə və sistem testləri üzrə təcrübə;
· Analitik düşüncə və texniki problemləri operativ həll etmə bacarığı;
· Azərbaycan dili sərbəst, rus və ingilis dili biliyi üstünlükdür;
· Komanda ilə işləmək və layihələri koordinasiya etmək bacarığı.
Qeyd:
· İş qrafiki: həftənin 5 günü;
· Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
· Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər.
Vəzifə və öhdəliklər:
· 1C sistemi üzrə yeni funksionallıqların hazırlanması və mövcud modulların təkmilləşdirilməsi;
· Biznes tələblərinin analiz olunması və texniki həllərin hazırlanması;
· 1C konfiqurasiyalarının hazırlanması, dəstəklənməsi və optimallaşdırılması;
· ERP sistemində yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması;
· API və digər sistem inteqrasiyalarının hazırlanması və dəstəklənməsi;
· Sistem testlərinin aparılması və texniki sənədləşmənin hazırlanması;
· ERP sistemlərinin performans və təhlükəsizlik göstəricilərinə nəzarət;
· İstifadəçilərə texniki dəstəyin göstərilməsi və texniki məsləhətlərin verilməsi;
· Rəqəmsallaşdırma və avtomatlaşdırma layihələrində iştirak.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə “1C Developer” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.