Tibbi xidmətlərin satışı üzrə rəhbər

  • Deadline 5 Noyabr 2026

Vəzifə və öhdəliklər:

  • Tabeçiliyində olan tibbi nümayəndələrin fəaliyyətinə rəhbərlik etmək, onlara dəstək olmaq və iş prosesini koordinasiya etmək;
  • İş planlarını formalaşdırmaq, yaranan çətinlikləri vaxtında aşkarlayıb həll etmək;
  • Tibb müəssisələrinə mütəmadi ziyarətlər etmək, tibbi xidmətlər haqqında ətraflı məlumat təqdim etmək və tibbi nümayəndələrlə ikili ziyarətlər keçirmək;
  • Planlaşdırılmış satış və marketinq göstəricilərinə nail olmaq, şirkət məhsullarının tanınma dərəcəsini artırmaq;
  • Verilmiş marketinq strategiyasını tətbiq etmək və nəticələrin izlənməsini təmin etmək;
  • Şirkətin keçirdiyi və ya iştirak etdiyi tədbirlərin təşkilində aktiv iştirak etmək;
  • Həftəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

Namizədə olan tələblər:

  • Ali təhsil (tibbi təhsil üstünlükdür);
  • Tibb, laboratoriya və ya əlaqəli xidmət sahəsində satışın idarə edilməsi üzrə 3 ildən artıq iş təcrübəsi;
  • Yüksək ünsiyyət və təqdimat bacarığı, səlis nitq qabiliyyəti; hədəf yönümlü və nəticəyə istiqamətlənmiş; liderlik və komandanı idarəetmə bacarığı, analitik düşüncə.

İş şəraiti:

  • İş qrafiki: Həftənin 5 günü (saat 09:00-18:00);
  • Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • Şirkətdaxili təlim və inkişaf imkanları.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly238
  • Monthly489