“Sağlam Ailə” tibb mərkəzi Anbardar köməkçisi vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətdən gələn mal və avadanlığın qəbulu və anbarda rəflərə yığılması;
- Şöbələrdən istək edilmiş malların məsul şəxslərə təhvil verilməsi;
- Anbar stok sayımlarında iştirak edilməsi;
- Anbarda olan soyuducuların sazlığına və temperaturlarının düzgünlüyünə nəzarət edilməsi;
- Anbar ərazisinin və otaqlardakı rəflərin səliqəsinə nəzarət edilməsi;
- Anbar bölmə rəhbərinin göstəriş və təlimatlarının yerinə yetirilməsi.
Biz sizə nə təklif edirik:
- İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);
- Əmək haqqı 550 Azn (net);
- Mehriban kollektiv;
- Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər.
Sizdən gözləntilərimiz:
- Orta texniki təhsil;
- Punktual, aktiv, çevik, diqqətli və məsuliyyətli olmaq.
Müraciət etmək üçün mövzu hissəsində “Anbardar köməkçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına CV göndərə bilərsiz.