Satış üzrə Tibbi Nümayəndə

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satış üzrə Tibbi Nümayəndə

  • Истекает 27 октябрь 2024
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Biz Sağlam Ailə MMC olaraq ölkənin ən qabaqcıl Tibb Mərkəzlərindən biriyik və keyfiyyətli, peşəkar xidmətimiz, müasir avadanlıqlarımız, gülərüz və mehriban komandamız ilə seçilirik. Hazırda progressiv komandamıza peşəkar, məsuliyyətli “Satış üzrə Mütəxəssis” axtarışındayıq.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin satış üzrə strateji planlarının işlənib hazırlanmasında iştirak edir, təkliflərini verir; fəaliyyət prosedurlarının layihələrinin tərtib edilməsi və lazım gəldikdə, onlara əlavələr və dəyişikliklər edilməsi barədə təkliflər irəli sürür;
  • Satış dövriyyəsinin artırılması və müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələr, promo aksiya və kampaniyalar barədə təkliflər verir;
  • Qiymət siyasətinin inkişafında iştirak edir, müxtəlif amillərdən asılı olaraq endirim sxemləri təklif edir;
  • Satış rəqəmləri ilə strategiyanın uğurlu olub-olmadığına rəy verir;
  • Məhsulun inkişaf strategiyasına dair təkliflərini verir;
  • Rəqiblərin aktivliyinin izlənilməsini təşkil edir; 
  • Bölmə əməkdaşlarının mütəmadi təlimlərini təşkil edir, onları təlimatlarla tanış edir;
  • Potensial xidmət və məhsul alıcılarının müəyyənləşdirilməsi və gələcək satışlar üçün işgüzar əlaqələrin qurulmasını təşkil edir;
  • Müştərilərlə görüşlərin keçirilməsi, xidmət və məhsullar haqqında ətraflı məlumatın verilməsi, satış yönümlü təqdimatların keçirilməsini təşkil edir;
  • Xidmətlərin göstərilməsi üçün müştərilərlə sənədlərin hazırlanması, aidiyyatı şəxslər tərəfindən təsdiq edilməsi və icrasına nəzarəti həyata keçirir;

Vəzifə ilə bağlı tələblər:

  • Ali təhsil; (Tibbi olması arzuolunandır)
  • Yazılı və şifahi səlis Azərbaycan dili biliyi;
  • Tibb sahəsində çalışması üstünlükdür;
  • Xarici dil (Rus və ya İngilis) biliyi mütləqdir;
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;
  • Dəqiqlik, məsuliyyətlilik, nəticə yönümlülük, kreativ düşüncə;

Əlavə məlumat:

  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
  • İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur. 
  • İşçi illik check up paketi ilə təmin olunur.
  • İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.

CV-lərinizi [email protected] ünvanına "Satış üzrə Mütəxəssis" başlığı ilə cv-lərinizi göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

  • Daily153
  • Weekly670
  • Monthly2514