Vəzifə və öhdəliklər:
- Şöbələrdən daxil olan sifarişlərin qəbul edilməsi, təhlili və təsdiq prosesindən sonra icrasının təmin olunması;
- Sifarişlərin keyfiyyətli və sərfəli qiymətlə mal-material, iş və xidmətlə təmin edilməsi;
- Tender, kotirovka və təklif sorğularının hazırlanması və həyata keçirilməsi;
- Alınan malların standartlara və texniki tələblərə uyğunluğuna nəzarət edilməsi;
- Tədarükçülərin araşdırılması, qiymətləndirilməsi və yeni əməkdaşlıqların qurulması;
- Mal-materiallar üzrə mütəmadi bazar və qiymət araşdırmalarının aparılması;
- Tədarükçülərlə müqavilələrin hazırlanması və bağlanmasının təmin edilməsi;
- Müqavilələrin icrasına dair uçot və nəzarətin aparılması;
- Ödənişlərin nəğdsiz qaydada (bank köçürməsi vasitəsilə) həyata keçirilməsinin təmin olunması;
Aşağıdakı istiqamətlər üzrə məhsulların yerli bazardan satın alınmasının həyata keçirilməsi:
- İT texniki təminat malları;
- Dəftərxana ləvazimatları;
- Ərzaq və mətbəx malları;
- Təmizlik və dezinfeksiya vasitələri;
- Təmir-tikinti materialları;
- Mebel və digər inventarlar.
Namizədə tələblər:
- Ali təhsil (iqtisadi və ya texniki sahə üzrə təhsil üstünlükdür);
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- Punktual, məsuliyyətli, çevik və nəticəyönümlü olmaq;
- Analitik düşüncə, dəqiqlik və detallara diqqət yetirmək bacarığı.
Biz sizə nə təklif edirik:
- İş qrafiki: həftənin 5 günü, saat 09:00–18:00 (40 saatlıq iş həftəsi);
- Mehriban və peşəkar kollektivdə çalışma imkanı;
- Klinikada təqdim olunan xidmətlərdən əməkdaş və ailə üzvləri üçün xüsusi endirimlər.
Göstərilən tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində mütləq “Təchizat və Satınalma üzrə Mütəxəssis” qeyd etməklə (əks halda müraciətlərə baxılmayacaq) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.